Şriftin ölçüsü :

Saytın rəngi :

Nəcəfov Cəmil Nəcəf oğlu

Soyad: Nəcəfov
Ad: Cəmil
Ata adı: Nəcəf
Doğum tarixi: 24.06.1993
Rütbə: baş leytenant
Təltifləri:

Nəcəfov Cəmil Nəcəf oğlu 1993-cü ildə Bakı şəhərində dünyaya göz açmışdı. 1997-ci ildən 2007-ci il tarixinə kimi Hikmət Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Dəcəl, mehriban, təvazökar gözləri həyat eşqi ilə alışıb yanan bu oğlan qısa müddətdə həm müəllimlərinin, həm də sinif yoldaşlarının sevimlisi olmuşdu. Bu dəliqanlı, yerə göyə sığmayan oğlanın peşə seçimi də bizi təəccübləndirmədi. Hərb yolunu seçdi. Bu yol onu Naxçıvanski adına Ali  Hərbi məktəbə apardı. Qısa müddətdə baş leytenant rütbəsinə qədər ucaldı. Çünki bu yolda o dayanmırdı. Fərəhindən yerə göyə sığmırdı Cəmil Nəcəfov. "Qarabağı 1993-cü il təvəllüdlü əsgərlərimiz alacaq"-deyirdi Cəmil. Ali Baş Komandanın verdiyi əmrə bənd idi, atdı özünü Qarabağ döyüşlərinə. Düşmənin mövqelərini məhv etdikcə aslana dönürdü igid qəhrəmanımız. Düşmənə olan qəlbindəki nifrəti, kini silahı ilə susdururdu. Düşmən mövqelərini darmadağın edib irəlilədikçə aslana dönürdü Cəmil.

Cəbrayıl uğrunda gedən şiddətli döyüşdə oktyabrın 10-da Vətən eşqi ilə ürəyi döyünən igid qəhrəmancasına həlak olur. Ürəyinin son döyüntüsünü də eşidən elə Qarabağ torpağı olur. Aprel döyüşlərinin iştirakçısı 27 yaşlı Cəmil Nəcəfovun 44 günlük Vətən müharibəsinə yollanmasını ailəsi iki gündən sonra bilib. Təlim adı ilə evdən çıxan Cəmil bir neçə gündən sonra ailəsinə zəng edərək: “Hər şey yaxşıdır, mənə görə narahat olmayın, söyləyib”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid baş leytenant Cəmil Nəcəfov “Qarabağ ordeni”“Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Binəqədi rayonunda şəhidimizin adına küçə verilmişdir.

memorial.az/az/qehremanlarimiz/373

Keçidlər