Şriftin ölçüsü :

Saytın rəngi :

Heydərov Rafiq Rahim oğlu

Soyad: Heydərov
Ad: Rafiq
Ata adı: Rahim
Doğum tarixi: 01.07.1995
Şəhid olub: 14.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Rafiq Rahim oğlu Heydərov  01 iyul 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonununda dünyaya göz açmışdı.  Orta təhsilini 157 saylı  tam orta məktəbdə almışdı. 2016-cı ildə Memarlıq və İnşaat Universiteti Nəqliyyat-tikinti fakultəsini bitirib, elə həmin il Odlar Yurdu Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr təhsilinə başlayıb. 2016-2017-ci illərdə Qusar rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdu. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak edib.

Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz II Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Rafiq Heydərov "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə""Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

memorial.az/az/qehremanlarimiz/1989

Keçidlər