Şriftin ölçüsü :

Saytın rəngi :

Zeynalov Teymur Tağı oğlu

Soyad: Zeynalov
Ad: Teymur
Ata adı: Tağı
Doğum tarixi: 28.03.1993
Şəhid olub: 24.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Teymur Tağı oğlu Zeynalov 1993-cü il martın 28-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ali təhsil alıb. "SOCAR" AQS-də çalışırdı. Ailəli idi.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda""Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az/az/qehremanlarimiz/1970

Keçidlər