Şriftin ölçüsü :

Saytın rəngi :

Cabbarov Əli Baba oğlu

Soyad: Cabbarov
Ad: Əli
Ata adı: Baba
Doğum tarixi: 08.01.2002
Rütbə: əsgər
Təltifləri:

Cabbarov Əli Baba oğlu 2002-ci il yanvarın 8-də Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində anadan olub.

Əli Cabbarov 2008-2019-cu illərdə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə təshil alıb. Elə həmin il Bakı Humanitar Kollecinə daxil olub.

2020-ci il yanvar ayında hərbi xidmətə çağırılıb və həmin ayın 14-də hərbi xidmətə yola düşüb. Bir müddət xidmət etdikdən sonra 2020-ci il 27 sentyabr tarixində başlamış əks-hücum əməliyyatında ağır döyüşlərdə iştirak edib.

Əli Cabbarov Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, şücaət göstərib.

Oktyabr ayının 27-də Xocavənd rayonu istiqamətində gedən ağır döyüşlərdə  qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Cabbarov Əli Baba oğlu Azərbaycan Respublikasının ərazi bötövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

memorial.az/az/qehremanlarimiz/1295

Keçidlər