Şriftin ölçüsü :

Saytın rəngi :

Paşazadə Cavid Telman oğlu

Soyad: Paşazadə
Ad: Cavid
Ata adı: Telman
Doğum tarixi: 27.08.2001
Rütbə: Əsgər
Təltifləri:

Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də Cavid Telman oğlu Paşazadədir. O, 2001-ci ildə Bakının Sulutəpə qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini bacıları ilə birlikdə 217 nömrəli orta məktəbdə alıb.

Ardınca orta-ixtisas təhsilinə yiyələnsə də, hərbi xidmətə yollanmağa və təhsilinə sonra davam etməyə qərar verib.

Döyüşlərə Füzuli-Cəbrayıl istiqamətində başlayan Cavid işğaldan azad olunan torpaqların müdafiəsi və mühafizəsi işində aktiv iştirak edir.

Sonuncu döyüş yeri olan Xocavənddə düşməndən azad olunan əraziləri qorumaq üçün saatlarla mübarizə aparır: “Dörd nəfər postda dörd saat yarım döyüşüblər. Qardaşım onun cənazəsini götürməyə gedəndə komandiri özü deyib. Deyib ki, dörd saatdan artıq qəhrəmancasına döyüşüb, postu təhvil verməyiblər”.

Gənc əsgər oktyabrın 29-da - bacısının doğum günündə evə gələcəyinə söz verir. Elə də olur, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan Cavidin nəşi söz verdiyi gün evlərinə gətirilir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Paşazadə ölümündən sonra “Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/170

Keçidlər