Şriftin ölçüsü :

Saytın rəngi :

Bağırov Elçin Yunus oğlu

Soyad: Bağırov
Ad: Elçin
Ata adı: Yunis
Doğum tarixi: 17.06.1994
Şəhid olub: 21.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Bağırov Elçin Yunus oğlu 17 iyun 1994-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Orta təhsilini 244 saylı tam orta  məktəbdə almışdı. 2014-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş və 2018-ci ildə həmin universitetin “Sənayənin təşkili və idarə olunması” ixtisasını bitirmişdi. Elçin 2018-ci ilin iyul ayında ali təhsilini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirmişdi. 2019-cu ildə hərbi xidmətini bitirmiş və Bakıya qayıtmışdı. Könüllü olaraq Qarabağ müharibəsində iştirak edən Elçin Bağırov sentyabrın 21-dən təlimlərə qatılmış və müharibənin ilk günlərindən ön cəbhədə döyüşmüşdü.

29 oktyabr 2020-ci il tarixində Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Bağırov Elçin Yunis oğlu “Vətən uğrunda”, ”Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.

memorial.az/az/qehremanlarimiz/1573

Keçidlər