Şriftin ölçüsü :

Saytın rəngi :

Tağıyev Ruslan Fuad oğlu

Soyad: Tağıyev
Ad: Ruslan
Ata adı: Fuad
Doğum tarixi: 12.06.1982
Şəhid olub: 27.09.2020
Rütbə: polkovnik-leytenant
Təltifləri:

 

Tağıyev Ruslan Fuad oğlu 12.06.1982-ci ildə İsmayıllı rayon Qubaxəlilli kəndində dünyaya göz açmışdı.

1999-2003 cü illərdə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbində kursant olmuşdu. 2003-cü ildə hərbi məktəbi müvəffəqiyətlə bitirərək, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda “N” saylı hərbi hissədə 5-ci tabor kəşfiyyat tağım komandiri kimi hərbi xidmətə başlamışdı. 2005-ci ildə Naxçıvan M.R. Kəngərli rayonu “N” saylı hərbi hissəsində kəşfiyyat bölük komandiri vəzifəsinə irəli çəkilir. 2010-2012 ci illərdə Naxçıvan M.R. Culfa rayonunda “N” saylı hərbi hissədə Kəşfiyyat bölmə rəisi vəzifələrini icra etmişdi. 2012-2014-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici olmuşdu. 2014-2017-ci illərdə Şəmkir rayonu “N” saylı hərbi hissədə kəşfiyyat şöbə rəisinin baş köməkçisi, 2017-2020 ci illərdə “N” saylı hərbi hissəsində 1-ci idarəsinin 1-ci şöbəsinin baş zabiti vəzifəsində çalışmışdı. Naxçıvanda qulluq edərkən Günnüt əməliyyat planının hazırlanması və icra olunmasında iştirak etmiş və nəticədə 500m*2000m ərazini bir gecənin içində düşməndən azad edilməsi əməliyyatında şücaət göstərmiş və fəaliyyətinə görə vaxtından əvvəl ona kapitan rütbəsi verilmişdi. 2019-cü ilin fevral-avqust aylarında Çin Xalq Respublikasında təkmilləşdirmə kursunu bitirmişdi. Növbəti arzusu Türkiyədə ATASEREN-də  (Milli Savunma Universitesi) doktorantura təhsilini almaq idi və bununla bağlı imtahanlardan da keçmişdi.  Oktyabr ayında təhsilə başlayacaqdı, lakin bu arzusu ona qismət olmadı. Tale arzularını başa çatdırmasına imkan vermədi.

Müharibə başlayanda Ruslan Tağıyev artıq polkovnik-leytenant idi. Tağıyev Ruslan Fuad oğlu 04.11.2020-ci ildə Vətən müharibəsində  Laçın istiqamətindəki döyüşlərdə ürəyindən aldığı qəlpə yarasından şəhid oldu. Hər zaman qəlbində vətənpərlik hissi ilə yaşamış, bu yolda öz canını da qurban vermişdi və son nəfəsində isə tək istəyi son bir dəfə övladlarının qoxusunu nəfəsinə çəkmək idi.

Özündən geriyə isə 3 övladı - 12 yaşlı Fuad, 8 yaşlı Polad və 3 yaşlı Nurayı bizə əmanət qaldı.

Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ruslan Tağıyev Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”"Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə”"Qüsursuz xidmətə görə" medalları ilə təltif olunmuşdur.

https://memorial.az/az/qehremanlarimiz/232

Keçidlər