Şriftin ölçüsü :

Saytın rəngi :

Rzaxanov Nihad Natiq oğlu

Soyad: Rzaxanov
Ad: Nihad
Ata adı: Natiq
Doğum tarixi: 18.04.2001
Şəhid olub: 06.10.2020
Rütbə: əsgər
Təltifləri:

 

Nihad Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdu. 2008-ci ildə Şəhid Seymur Məmmədov adına 301 saylı orta məktəbə daxil olmuş, 9 il təhsil aldıqdan sonra işləməyə başlamışdı. 2019-cu il aprel ayında həqiqi hərbi xidmətə çağırılmış və 2020 -ci il oktyabr ayında hərbi xidməti başa çatmalı olsa da, könüllü olaraq, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmişdir. Cəbhənin Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir. 7 noyabr 2020-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nihad Rzaxanov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/1378

Keçidlər