Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev Ramiz İmamverdi oğlu

Soyad: Ağayev
Ad: Ramiz
Ata adı: İmamverdi
Doğum tarixi: 25.07.1993
Şəhid olub: 07.11.2020
Rütbə: MAHHXHQ, çavuş
Təltifləri:

Torpaqlarımızın bütövlüyü uğurunda döyüşlərdə qəhrəmancasına şəhid olan Ağayev Ramiz İmamverdi oğlu 1993-cü il, iyul ayının 25-də Bakının Biləcəri qəsəbəsində doğulub.

301 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra, həqiqi hərbi xidmətə yola düşüb. Uşaqlıqdan hərbçi olmaq istəyini açıqlayanda, valideynləri səhərlər yuxudan oyanmağa belə çətinlik çəkən Ramizin bu cür çətin peşəni seçməsini təəccüblə qarşılayıblar. Lakin Ramiz, öz əzmkarlığı ilə onların fikirlərini dəyişir.

Ramiz xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində keçirib. Daha sonra, rayonlardan birinə təlimə göndərilib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı hərbçi kimi Kəlbəcər istiqamətində gedən döyüşlərə qoşulub. Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Daha sonra Füzuli istiqamətindəki döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Çiyinindən və boğazından 3 güllə yarası alsa da, döyüş meydanını tərk etməyib. Yarası ağır olduğundan Ramiz hərbi hospitala yerləşdirilib, çiynindəki mərmini çıxarmaq mümkün olmayıb. Tam sağalmamış geri, cəbhəyə qayıdıb və Şuşanın azadlığı uğrunda döyüşə atılıb. Həmin döyüşdə Ramiz və əsgər yoldaşalrı Şuşa Qalasına nəzarəti ələ keçiriblər. O günün səhəri, noyabrın 7-də ermənilər tərəfindən atılan artileriya mərmisinin qəlpəsi Ramizin ürəyinə sancılıb və o, şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlətli İsgəndər ölümündən sonra "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/3062

Keçidlər