Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində 2014-cü ilin iyul ayından Binəqədi rayonunda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi ilə əlaqədar görülmüş işlər

Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli Qərarı ilə 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı  Bakı şəhərinə verildi.
2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin  17 yanvar 2013-cü il tarixli Fərmanı ilə Təşkilat Komitəsi yaradıldı, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edildi.
Ötən müddət ərzində Respublikamızda Olimpiya Oyunlarına hazırlıqla əlaqədar böyük işlər görüldü, bir çox olimpiya obyektləri tikilib istifadəyə verildi, bir qismində tikinti və tamamlama işləri sürətlə davam etdirilir.
Bakı şəhərində 12 iyun 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına açılış mərasiminə qalan  vaxtın hesablanmasına start verildi.    
Layihənin məqsədi Olimpiya Oyunlarının başlanmasına bir il qalmasını nəzərə alaraq, oyunlara hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.
1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılıb.
Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 2014-cü il tarixli 133 saylı sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılmışdır.
“Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihə ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 2014-cü il tarixli 133 saylı sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin iyun-iyul aylarında Bakı səhərində İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində görülməsi nəzərdə tutulan işlər haqqında” Tədbirlər Planının birinci bölməsi - "Təmiz Binəqədi" layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən aşağıdakı işlər görülmüşdür:
İyulun  5-də “Təmiz Binəqədi” layihəsinin təqdimatı keçirilmişdir.  Tədbir çərçivəsində 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olmuşdur. Açılış mərasimindən sonra sakinlər üçün konsert proqramı təşkil edilmişdir.
"Təmiz Binəqədi" layihəsinə start verilməsi ilə əlaqədar sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin,bələdiyyələrin, rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatların iştirakı ilə iclaslar təşkil olunub müvafiq izahat verilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində görülməsi nəzərdə tutulan işlər haqqında” sərəncamı və həmin sərəncamla təsdiq edilmiş Tədbirlər Planı “Binəqədi” qəzetində dərc edilmiş, internet saytlarda və sosial şəbəkələrdə yayılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (binegedi-ih.gov.az)  “Təmiz Binəqədi layihəsi” bölməsi yaradılmış, həmin bölmədə Layihə haqqında məlumat, Layihə ilə əlaqədar görülmüş işlər, Layihə ilə əlaqədar keçirilmiş tədbirlər, Layihə mətbuatda və Videoqalereya altbölmələri yaradılmışdır. Layihə ilə əlaqədar bütün məlumatlar qeyd olunan altbölmələrə mütəmadi olaraq yerləşdirilir və yenilənir. Həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin saytında 2015-ci ilin iyun-iyul aylarında “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi  ilə əlaqədar vaxtın geriyə hesablanması üçün saat quraşdırılmışdır.
Bundan əlavə Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəbul monitorunda və infoköşklərdə layihə haqqında məlumatlar yerləşdirilmişdir.
Rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan monitorinqlər zamanı layihə haqqında məlumat verilmiş və müzakirələr aparılmışdır.
"Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 30 000 ədəd bildiriş hazırlanmış, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə 20 500 ədəd bildiriş paylanmışdır.
"Təmiz Binəqədi" layihəsi ilə əlaqədar 1600 ədəd poster hazırlanmış və paylanmışdır.
Sakinlərin Müraciət Xidməti 1646-ya gələn zənglər zamanı operatorun layihə barədə avtomatlaşdırılmış məlumatın verilməsi, Rayon İcra Hakimiyyətinə qəbula gələn sakinlərə bildirişlərin verilməsi, qəbul monitorunda və infoköşklərdə bildirişlərin yerləşdirilməsi və video-roliklərin verilməsi işləri təşkil edilmiş və mütəmadi olaraq davam etdirilir. "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 42 000 nəfər rayon sakininə sms-lər göndərilmişdir.
“Təmiz Binəqədi” layihəsinin loqosu, posterlər, xüsusi geyim formaları və zəruri ləvazimatlar, o cümlədən 1225 ədəd köynək, 464 ədəd gödəkçə, 984 ədəd papaq, 822 ədəd bayraq, 200 ədəd qələm, 100 ədəd bloknot, 5000 ədəd təqvim, 1030 ədəd çanta, 1100 ədəd qovluq, 500 ədəd yapışqanlı poster, ekoloji təmiz məhsulların və digər məhsulların üzərinə vurmaq  üçün 500 ədəd stiker hazırlanmışdır.
Könüllü gənclərdən ibarət olan qrupla görüş keçirilmiş, 40 nəfər tərkibdə mobil könüllü qrupu yaradılmışdır.  Sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi ilə əlaqədar olaraq, könüllü gənclər tərəfindən videoçarxlar hazırlanmışdır.
Azadlıq prospektində yerləşən animasiyalı binalarda “Təmiz Binəqədi” layihəsinin loqosu əks etdirilmişdir. “Təmiz Binəqədi” layihəsinin loqosu 129 ədəd müxtəlif fon görüntüləri ilə sosial şəbəkələrdə geniş yayılmış, layihə ilə əlaqədar sosial şəbəkələrdə 588 ədəd şəkil paylaşılmış, rayon ərazisində olan monitorlarda video çarxlar verilmişdir. Rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların istismarında olan nəqliyyat vasitələrinə, pərakəndə ticarət obyektləri, həmçinin digər təsərrüfat subyektlərinə poster və loqolar vurulmuşdur. Parklarda və yaşıllıq zonalarında işıqlandırılmış banerlər yerləşdirilmiş, Azadlıq prospektində yerləşən keçidin hər iki tərəfində və Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Dəmiryol körpüsünün hər iki tərəfinə “Evimizi təmiz saxlayaq, Binəqədi evimizdir” şüarları ilə reklam banerləri vurulmuşdur. Bakı-Sumqayıt yolunun rayon ərazisinə düşən hissəsində “Təmiz Binəqədi” layihəsinə uyğun işıqlı lövhələr asılmışdır. Rayonun giriş hissəsində Avropa Oyunları loqosu quraşdırılmışdır.
2000 ədəd məişət tullantıları konteynerlərinin üzərində "Təmiz Binəqədi" sözləri yazılmış və loqosu vurulmuş, məişət tullantısı daşıyan xüsusiləşdirilmiş maşınların yük hissəsində bortun üzərində rayonun görüntüləri fonunda "Təmiz Binəqədi" loqosu vurulmuşdur.
“Azərbaycan Koka-Kola Botlers Limited” MMC, “Azərsun” Holding, HB.Co.LTD şirkətləri “Təmiz Binəqədi” layihəsinə qoşulmuş və keçirilən aksiyalarda iştirak etmişlər. 25 iyul tarixində “Azərbaycan Koka-Kola Botlers Limited” MMC ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
“Təmiz Binəqədi” layihəsinin tədbirlər planına uyğun olaraq Binəqədi rayonunun xaricdə təhsil alan gənclərinin və universitetlərə qəbul zamanı rayonun 600 baldan çox toplayan şagirdlərinin elektron ünvanlarına “Təmiz Binəqədi” layihəsi haqqında məlumatlar göndərilmişdir.
Tədbirlər Planının ikinci bölməsi - Layihənin həyata keçirildiyi müddətdə müxtəlif xarakterli tədbirlərin, müsabiqələrin və aksiyaların keçirilməsi istiqamətində aşağıdakı işlər görülmüşdür:
Rayon ərazisində yerləşən özəl sektora aid olan obyektlər arasında hər qəsəbə üzrə “Ən təmiz obyekt”, "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi",  “Ən təmiz uşaq bağçası”, "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb" və "Ən təmiz fərdi ev"müsabiqələrinə start verilmişdir. Həmçinin internet istifadəçiləri arasında “Ən aktiv səhifə” müsabiqəsi elan edilmişdir.
“Təmiz Binəqədi” layihəsi ilə əlaqədar iyul ayı ərzində rayon ərazisində bir neçə təmizlik aksiyası keçirilmişdir. Belə ki, 12 iyul 2014-cü il tarixdə Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik aksiyası; 19 iyul 2014-cü il tarixdə 9-cu mikrorayon Adil Məmmədov küçəsində Binəqədi Rayon İcra Hakimiyyəti və “Azərsun Holdinq” MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının birgə təşəbbüsü ilə “Polietilensiz gün” devizi altında təmizlik aksiyası; 25 iyul 2014-cü il tarixdə HB.Co.LTD şirkətinin təşəbbüsü ilə rayonun A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edən təmizlik aksiyası; 26 iyul 2014-cü il tarixdə 8-ci mikrorayon Şövkət Məmmədova, İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrində təmizlik aksiyaları keçirilmişdir. Aksiyalarda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri aktiv iştirak etmişlər. Aksiyalar zamanı ərazilər polietilen tullantılar və plastik qablardan təmizlənmiş, təmizlik işlərindən sonra toplanan polietilen tullantılar təkrar emala göndərilmişdir.
Avqust 1-i “Təmiz Binəqədi” layihəsinə uyğun olaraq “Təmizlik imanın yarısıdır” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirilmiş, onlara “Təmiz Binəqədi” layihəsi haqqında məlumat verilmişdir.
Avqustun 9-da Binəqədi rayonu 115 saylı tam orta məktəbin istifadəyə verilməsi ərəfəsində iməcilik təşkil edilmişdir. İməcilik 115 saylı məktəbin şagirdləri və məzunlarının təşəbbüsü ilə Bakı 2015 İlk Avropa oyunlarına hazırlıq ərəfəsində həyata keçirilən “Təmiz Binəqədi” sosial layihəsinə dəstək məqsədilə keçirildi. Sonda könüllü şagird və məzunlar üçün çay süfrəsi təşkil edildi. İməclikdə iştiral edənlərin sayı  95 olmuşdur.
Avqustun 20-də Binəqədi rayonunda fəaliyyət göstərən səhiyyə müəsissələrinin həkimləri üçün “Təmiz Binəqədi” layihəsinə uyğun seminar keçirilmişdir. Seminarda 30-a yaxın həkim iştirak etmişdir.
“Təmiz Binəqədi” layihəsi çərçivəsində 2014-cü ilin avqust ayı ərzində Binəqədi rayonu ərazisində yerləşən şəhid və milli qəhrəmanların büst və barelyefəri rayonun fəal və könüllü gəncləri tərəfindən ziyarət olunmuş, təmizlənmiş və güllər qoyulmuşdur. Aksiyada 30-a yaxın gənc iştirak etmişdir.
Bundan əlavə avqust ayı ərzində bağça tərbiyəçilərinə və könüllü gənclərə ekoloji təlimlər keçirilmişdir. Təlimdə bağça uşaqlarının təmizliyə necə düzgün riayət etməsinin yolları, gənclərin digər sakinləri təmizliklə bağlı necə düzgün marifləndirməsinin vasitələri öyrədilmişdir. Təlimdən bir müddət sonra təlim keçmiş tərbiyəçilərin  öyrəndiklərini bağçalarda necə tətbiq etdiklərini müşahidə etmək məqsədi ilə 177 və 138 saylı bağçalara  baxış keçirilmişdir.Uşaqlar təlimlərdə çox aktiv iştirak etmiş və “Təmiz Binqədi  layihəsinə uyğun şerlər, musiqlər söyləmiş, səhnəciklər göstərmişlər.
Layihə çərçivəsində rayon ərazisində ümumilikdə 64 ünvanda iməciliklər keçirilmişdir. O cümlədən, 10 ümumrayon iməciliyi, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ərazisində 11, Rəsulzadə qəsəbəsində 9, Biləcəri qəsəbəsində 10, Binəqədi qəsəbəsində 8, Xocasən qəsəbəsində 9, 28 May qəsəbəsində 9 iməcilik keçirilmişdir. İməciliklərdə iştirak edənlərin ümumi sayı 3075 nəfər olmuşdur. Noyabr və dekabr aylarında keçirilən 5 ümumrayon ağacəkmə aksiyalarında 1480 ədəd müxtəlif növ ağaclar əkilmişdir.
Məişət tullantılarının çeşidlənməsi tədbirinin keçirilməsi istiqamətində 2015 ədəd məişət tullantılarının yeşikləri rənglənmiş və loqolar yeşiklərin üzərinə yapışdırılmış, tullantıların çeşidlənməsi üçün yeni urnalar hazırlanmışdır. Rayon ərazisidən qrafikə uyğun olaraq hər gün orta hesabla 223 ton məişət tullantıları daşınaraq “Təmiz Şəhər” Balaxanı poliqonuna təhvil verilmişdir. Məişət tullantıları atılan ərazilərdə Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılmışdır.
11 iyul 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində Rayon ərazisində yerləşən nəqliyyat müəssisələrinin, ağır tonnajlı nəqliyyat vasitələri olan obyektlərin, beton zavodlarının rəhbərləri ilə görüş keçirilmiş və layihə haqqında məlumat verilmişdir.
Yanma mexanizmləri nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması barədə bildirişlər paylanılmışdır.
Avqustun 5-də “Təmiz Binəqədi” layihəsi çərçivəsində bir qrup gəncin “Təmiz Şəhər” ASC-yə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya iştirakçıları “Təmiz Şəhər” ASC-də və Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavoduna oldular. İştirakçıkara Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu haqda ətraflı məlumat verildi. Ekskursiyada 50 -ə yaxın gənc iştirak etmişdir.
“Təmiz Binəqədi” layihəsi çərçivəsində rayon gənclərinin yay istirahətlərinin səmərəli keçirməsi məqsədilə bir neçə rayona ekskursiyalar təşkil edilmişdir. Belə ki, 2014-cü ilin avqust ayında gənclərin Qobustan və İsmayıllı rayonlarına ekskursiyası təşkil edilmişdir. Əvvəlcə iştirakçılar Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustanda yerləşən Təcrübi Hibrid Poliqonunda oldular. Daha sonra ekskursiya iştirakçıları Heydər Əliyev adına istirahət parkında yerləşən Gənclər üçün Karyera Mərkəzində rayon gəncləri üçün yaradılmış şəraitlə tanış oldular və rayon Diyarşünaslıq Muzeyində yerləşən eksponatlara baxdılar. Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi arasında “Əməkdaşlıq Memorandumu” imzalandı. Ekskursiya zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinə  “Təmiz Binəqədi” hədiyyə paketi , 5 ədəd kristal və 1 ədəd plakat hədiyyə olunmuşdur. Bundan əlavə Binəqədi rayonunun fəal gəncləri Quba rayonunda Quba Milli Qolf Klubunda ekskursiyada oldular. Ekskursiya çərçivəsində gənclər Milli Qolf  Klubunda Azərbaycan Qolf Federasiyası və European Challenge Tour-un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk Azerbaijan Open Challenge turnirinin final müsabiqəsini izlədilər. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qubanın Qəşrəş kəndində gənclər üçün açıq havada piknik təşkil olundu. Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə gənclər arasında müxtəlif əyləncəli və intellektual oyunlar keçirildi. Tədbirdə 50-yə yaxın gənc iştirak etmişdir.
12 avqust 2014-cü il tarixdə “Beynəlxalq Gənclər günü” münasibətilə təşkil edilmiş tədbirdə könüllü olaraq “Təmiz Binəqədi” sosial layihəsində iştirak edən bir qrup könüllü gənc mükafatlandırılmışdır. Gənclərə hədiyyə olaraq 50 manatlıq istiqraz, “Təmiz Binəqədi” layihəsinə uyğun olaraq ekoloji təmiz məhsullar paketi hədiyyə olunmuşdur. Tədbirdə sosial şəbəkədə “Təmiz Binəqədi” layihəsi çərçivəsində “Ən aktiv səhifə” müsabiqəsinin qalibinə mobil telefon hədiyyə edilmişdir.
Sentyabrın 7-də “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyinin və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı ilə veloyürüş keçirildi. Tədbir ekolji mühitin qorunması ilə bağlı konfransla davam etdirildi. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənildi. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs etdi, Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndirdilər.
Sentyabrın 20-də 9-cu mikrorayon Adil Məmmədov küçəsi 69 ünvanında yeni məhəllədaxili istirahət parkının açılışı münasibətilə konsert proqramı təşkil edildi, “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi rayon bağçaları arasında keçirilən “Ən təmiz bağça” müsabiqəsinə yekun vuruldu. Müsabiqədə iştirak edən bağçalar mükafatlandırıldı və diplomlarla təltif edildilər. Tədbirin bədii hissəsində müsabiqə iştirakçısı olan 8 bağça konsert proqramları ilə çıxış etdi. Yekunda aztəminatlı ailələrdən olan uşaqlara Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən velosipedlər hədiyyə edildi.
Sentyabrın 24-də Binəqədi Rayon İcra Hakimiyyəti və “İstedadlı Əlillər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda fiziki məhdudiyyətli şəxslərin rəsm əsərləri, əl işlərinin sərgisi keçirildi və onların ifasında konsert proqramı nümayiş etdirildi. Eyni zamanda “İstedadlı Əlillər” İctimai Birliyinin diplomları ictimai fəallığı ilə seçilən fiziki məhdudiyyətli şəxslərə təqdim edildi.
Oktyabrın 1-də “Təmiz Binəqədi” layihəsi ilə əlaqədar sahibkarlıq subyektləri və dövlət müəssisələri arasında təşkil edilmiş müsabiqələrdən biri - “Ən təmiz MKİS” müsabiqəsi yekunlaşmışdır. Yekun qərara görə, müsabiqənin qalibi 8-ci mikrorayonda yerləşən 1 saylı Mənzil-Kommunal İstismar Sahəsi, ikinci yerə 7-ci mikrorayonda fəaliyyət göstərən  80, üçüncü yerə isə 9-cu mikrorayonda fəaliyyət göstərən 95 saylı MKİS layiq görüldü. 9-cu mikrorayonun ərazisində yerləşən 108 və 92 saylı MKİS-lərə həvəsləndirici mükafatlar təqdim olundu. Tədbirdə Binəqədi Rayon MKTB-nin əməkdaşları fəxri fərmanlarla təltif edildilər. Tədbir konsert proqramı ilə davam etdirildi.
19 oktyabr tarixində Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və “Bank of Baku”nun birgə təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində “Dərnəgül” metrostansiyasının yaxınlığında yüz ədəd ağac əkildi.
Noyabrın 15-də Binəqədi rayonunda Xocasən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Tədbirdə İDEA İctimai Birliyinin və “Azərsun Holdinq”in bir qrup nümayəndələri, Binəqədi RİH başçısı Aparatın əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, məktəblilər, fiziki məhdudiyyətli uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Noyabrın 22-də İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Binəqədi rayonunun 28 may qəsəbəsində ağacəkmə aksiyası keçirildi. Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, fəal gənclər iştirak etdilər. Aksiyada dekorativ ağaclarla yanaşı, meyvə ağacları da əkildi.
2014-cü il noyabrın 29-da “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası  metronun “Dərnəgül” stansiyası yaxınlığındakı parkın ərazisində reallaşdırıldı. Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, xüsusilə, gənclər yüksək fəallıq nümayiş etdirdi, həmçinin aksiyada qeyri-millətlərin nümayəndələri də böyük həvəslə iştirak etdilər. Aksiya zamanı ərazidə biomüxtəlifliyinin artırılması və floranın zənginləşdirilməsi üçün  zeytun ağacları əkildi. Binəqədi rayonunun ayrı-ayrı ərazilərində keçirilən aksiyalarda sakinlər də fəal iştirak etdilər.
2014-cü ilin 13 və 24 dekabr tarixlərində “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Binəqədi rayonunun 28 may qəsəbəsində  Binəqədi Rayon İcra Hakimiyyəti və “Fab Boya və Kimya Sənayesi MMC” –nin təşkilatçılığı ilə ağacəkmə aksiyasıları keçirilmişdir.  Tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, “Fab Boya və Kimya Sənayesi MMC”–nin nümayəndələri, rayon ictimaiyyəti, fəal gənclər iştirak etmişdir. Aksiyalar çərçivəsində 650 ağac əkilmişdir.
17 dekabr 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və NİCOS şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edən “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin yekun tədbirində “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz səhiyyə müəssisəsi” müsabiqəsində iştirak edən səhiyyə müəssisələri arasında 3 tibb müəssisəsi – Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası, 20 saylı uşaq poliklinikası və “HB Güvən” klinikası  mükafatlandırılmışdır.
26 dekabr 2014-cü il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə keçirilmiş ümumrayon tədbirində “Ən təmiz sahibkarlıq obyekti” müsabiqəsində iştirak edən sahibkarlıq obyektləri arasında 1, 2 və 3-cü yerlərin qalibləri olan 3 sahibkarlıq obyekti – “Altis Group of Companies”, “Lalə” restoranı və “Letter Press” MMC mükafatlandırılmışdır.
Yanvarın 29-da Binəqədi rayonunda 2 fevral – Gənclər günü münasibətilə “Təmiz Binəqədi” naminə Gənclər Forumu keçirildi. Forumda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  İctimai-siyasi məsələlər şöbəsi gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir-müavini Cahangir Hacıyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, eləcə də bir sıra müvafiq ictimai qurumların nümayəndələri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
Tədbirdə rayonun ictimai-mədəni həyatında aktivliyi ilə seçilən bir qrup gənc Binəqədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edildi, fəallığı ilə seçilən bir nəfər gəncə isə Böyük Britaniyanın London Meredian Kollecinə iki həftəlik xarici dil kursunda iştirak hüququ hədiyyə olundu.Forum iştirakçıları tərəfindən “Gənclərin Təmiz Binəqədi” təşəbbüs qrupu yaradıldı.
Fevralın 14-də Binəqədi rayonunda “Bakı 2015” İlk Avropa Oyunlarına hazırlıq məqsədilə həyata keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində rayonun Biləcəri qəsəbəsində təmizlik aksiyası keçirildi. Aksiyada rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri ilə yanaşı, rayonun adı çəkilən bələdiyyələri, həmçinin rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatları  fəal iştirak etdilər. Aksiya çərçivəsində qəsəbə ərazisindən keçən dəmiryol xətlərinin ətrafında təmizlik işləri həyata keçirildi. Sosial aksiya zamanı ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi.
Tədbirlər Planının üçüncü bölməsi - "Təmiz Binəqədi" layihəsinin həyata keçirildiyi müddət ərzində ərazilərdə aparılması zəruri olan nəzarət tədbirləri istiqamətində aşağıdakı işlər görülmüşdür:
Layihə  çərçivəsində rayon ərazisində 9 ünvanda Azərbaycan Respublikası DİN BDYPİ-nin "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin dəstəyi ilə sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə piyada keçid zolaqlarının və yol xəttlərinin yenilənməsi işləri həyata keçirilmişdir.
Piyada keçidlərində dayanan nəqliyyat vasitələrinin ön pəncərələrinə xəbərdarlıq bildirişləri yerləşdirilmişdir.
Vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən aparılan təmir-tikinti işləri zamanı istifadə olunan tikinti materiallarının və yaranan tullantıların əhalinin ümumi istifadə yerlərinə, eyni zamanda məişət tullantıları meydançalarına atılmasının qarşısının alınması istiqamətində işlər görülmüşdür.
Müəyyən olunmamış yerlərdə aparılan küçə ticarətinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilmişdir. Monitorinqlər rayonun küçə ticarəti olan bütün ərazilərini əhatə etmişdir. Monitorinqlər zamanı bütün obyektlərin sahiblərinə küçələrə ərzaq və qeyri-ərzaq məhsullarının yığılmaması və obyektlərin ətrafının təmiz saxlanması haqqında xəbərdarlıq edilmiş, müəyyən olunmamış yerlərdə küçə ticarəti ilə məşğul olan obyektlərin qarşısından ərzaq və qeyri-ərzaq məhsulları yığışdırılmış, küçələrdə təşkil olunan çayxanalar yığışdırılmış, həmin ərazilər abadlaşdırılmışdır.
Layihəyə start verildiyi dövrdən başlayaraq yaşayış binalarının 1314 girişində müntəzəm təmizlik işləri aparılmış, H.Babaşov küçəsi 12, 13, 14, 15, 20, 21, Rbehbudov küçəsi 1a, 1b, İ.Cümşüdov küçəsi 15, Azadlıq prospekti 167, 187, 191, 34, İ.Dadaşov küçəsi 91, 91a saylı binaların girişləri təmir edilmişdir.
Tədbirlər Planının dördüncü bölməsi - Layihənin yekunu olaraq Kütləvi İnformasiya Vasitələri ilə iş və ictimai rəyin öyrənilməsi istiqamətində aşağıdakı işlər görülmüşdür:
Layihənin gedişinin, o cümlədən görülmüş işlərin, həmçinin layihə ilə əlaqədar keçirilmiş aksiyalar haqqında məlumatların kütləvi informasiya vasitələrində, Binəqədi Rayon İcra Hakimiyyətinin saytında   və sosial şəbəkələrdə işıqlandırılması təmin edilmişdir.
21 iyul 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuat günü münasibətilə keçirilmiş tədbirdə "Təmiz Binəqədi" mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi elan edilmişdir.
"Təmiz Binəqədi" adlı sosial çarx çəkilmiş və rayon ərazisində olan monitorlarda nümayiş etdirilmişdir.
Bakı 2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədilə “Təmiz Binəqədi – Təmiz İdeya ” müsabiqəsi elan edilmişdir.
Tədbirlər Planına uyğun olaraq layihə ilə əlaqədar işlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər