Şriftin ölçüsü :

Saytın rəngi :

Bədəlov (Hüseynoğlu) Seymur Hüseyn oğlu

Soyad: Hüseynoğlu
Ad: Seymur
Ata adı: Hüseyn
Doğum tarixi: 20.10.1993
Şəhid olub: 26.11.2020
Rütbə: Baş leytenant
Təltifləri:

 

Vətən torpaqlarının azadlığı uğrunda mərdliklə vuruşaraq şəhadət məqamına yüksələn baş leytenant Seymur Hüseyn oğlu 20 oktyabr 1993-cü ildə Ordubad rayonunda anadan olub. İlk təhsilə 2000-ci ildə Ordubad şəhər 3 nömrəli orta məktəbdə başlayıb.

“Mən qəhrəman olacağam!”-deyən Seymur 2008-ci ildə Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. 3 il burada oxuduqdan sonra 2011-ci ildə Bakıdakı Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub. 2015-ci ildə buranı da uğurla bitirən Seymur Hüseynoğlu leytenant rütbəsi alıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn oğluna "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə""Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/1580

Keçidlər