Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədli Murad Teymurşah oğlu

Soyad: Məmmədov
Ad: Murad
Ata adı: Teymurşah
Doğum tarixi: 27.01.1996
Şəhid olub: 21.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Murad Məmmədlidir.

Məmmədli Murad Teymurşah oğlu 27.01.1996-cı ildə anadan olub. Vətən müharibəsi başlayan ilk günlərdən könüllü olaraq ön cəbhəyə yollanmışdır.

O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 40 gündən artıq çəkən axtarışların sonunda, dekabr ayının 5-də Muradın şəhadət xəbəri gəlir. Məlum olur ki, 21.10.2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda""Füzulinin azad olunmasına görə""Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

memorial.az/az/qehremanlarimiz/1530

Keçidlər