Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənov Nurlan Nadir oğlu

Soyad: Həsənov
Ad: Nurlan
Ata adı: Nadir
Doğum tarixi: 19.05.1991
Şəhid olub: 01.10.202
Rütbə: Hərbi vəzifəli leytenant
Təltifləri:

Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. O, ailənin ilk övladı idi. 1-ci Qarabağ müharibəsindən sonra, öz doğma torpaqlarından didərgin düşmüş və məcburi köçkün kimi Bakıda məskunlaşmışdılar.

1997-ci ildə Bakıda Şuşa şəhər 3 nömrəli tam orta məktəbə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdu. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə“ ixtisası üzrə təhsil almışdı. Nurlan hər zaman vətənpərvərliyi, mərdliyi, əsl kişi xarakteri ilə çoxlarından fərqlənirdi. Nurlan Həsənov 2012-ci ildə  Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətli leytenant kimi Gəncədə “N” sayli hərbi hissədə xidmət çəkib və 2014-cü ildə ehtiyyatda olan zabit kimi təxris olunub. Və nəhayət, Nurlan da minlərlə cəsur oğullarımız kimi 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub, sentyabrın 27-də Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib.

Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə fəal iştirak edən Nurlan: “Ana, məndən narahat olmayın, burda hər şey yaxşıdı, Şuşanı almağa gəlmişəm”- deyirdi.

Oktyabrın 1-də Füzuli istiqamətində qəhrəmancasına şəhid olub.

Oktyabrın 2-də Bakı şəhərində, yaşadığı  Biləcəri qəbristanlığında torpağa tapşırılıb.

Nurlanın  Nurgül adlı qızı və Məhəmməd adlı oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Həsənov Nurlan Nadir oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalı medaları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/1313

Keçidlər