Şriftin ölçüsü :

Saytın rəngi :

Rəhimov Zamin Vahid oğlu

Soyad: Rəhimov
Ad: Zamin
Ata adı: Vahid
Doğum tarixi: 21.04.1988
Şəhid olub: 07.10.2020
Rütbə: əsgər
Təltifləri:

 

Rəhimov Zamin Vahid oğlu - 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. 2006-cı ildə Binəqədi rayonunda fəaliyyət göstərən Sirik kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, 2008-ci ildə hərbi xidmətini başa vurmuşdur. Şuşa Musiqi texnikumunun qarmon ifası üzrə müəllim ixtisasına yeyələnən Zamin Rəhimov 2013-cü ildən Cəbrayıl rayon, Mahmudlu kənd Uşaq Musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyət göstərirdi.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Z.Rəhimov 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Ailəli idi, bir övladı var. Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rəhimov Zamin Vahid oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/121

Keçidlər