Şriftin ölçüsü :

Saytın rəngi :

Sadıqov Yaşar Fizuli oğlu

Soyad: Sadıqov
Ad: Yaşar
Ata adı: Füzuli
Doğum tarixi: 10.08.1975
Şəhid olub: 03.10.2020
Rütbə: Polkovnik-leytenant
Təltifləri:

 

Yaşar Füzuli oğlu Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Balabəhmənli kəndində dünyaya göz açmışdı. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil almışdı. Ailəli idi. Bir oğlu və bir qızı var.

Yaşar Sadıqov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmışdı. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmışdır. 2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Xidməti müddətində Sadıqov Yaşar "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/3114

Keçidlər