Şriftin ölçüsü :

Saytın rəngi :

Abdurrəhmanlı Sübhan Mahir oğlu

Soyad: Abdurrəhmanlı
Ad: Sübhan
Ata adı: Mahir
Doğum tarixi: 18.10.1992
Şəhid olub: 06.10.2020
Rütbə: Gizir
Təltifləri:

 

Abdurrəhmanlı Sübhan Mahir oğlu 18 oktyabr 1992-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Sübhan 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

Əsgər Sübhan Abdurrəhmanlı torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində iştirak edib. Füzuli naminə döyüşlərdə vuruşub. Sübhan Abdurrəhmanlı 6 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sübhan Abdurrəhmanlı ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

memorial.az/az/qehremanlarimiz/2993

Keçidlər