Şriftin ölçüsü :

Saytın rəngi :

1 NÖMRƏLİ SAHƏ İNZİBATİ ƏRAZİ DAİRƏSİ

 
“Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (458-IVQ nömrəli 2 noyabr 2012-ci il) tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 29 noyabr 2012-ci il tarixli Sərəncam verilmişdir. Həmin Sərəncama müvafiq olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  07 dekabr 2012-ci il tarixdə 247 saylı sərəncamı ilə  Bakı şəhəri Binəqədi rayon inzibati ərazi vahidi tərkibindəki Binəqədi rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində 7 və 8-ci mikrorayonların əhatə etdiyi ərazidə 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmışdır.

1 nömrəli nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2 mikrorayon (7 və 8 mikrorayonlar) və 1 yaşayış massivini (Dərnəgül yaşayış massivini) əhatə edir. Ərazisi 3,2 kv.km, əhalisi isə 44.500 nəfərdir.

Bundan başqa nümayəndəliyin inzibati ərazisində 3873 ailə, 15171 nəfər məcburi köçkün məskunlaşmışdır (7-ci mikrorayonda 467 ailə, 1624 nəfər; 8-ci mikrorayonda 695 ailə, 2817 nəfər; Ə.Naxçivani küçəsində 420 ailə, 1665 nəfər; Dərnəgül yaşayış sahəsində yerləşən 24 yataqxanada 2291 ailə, 9065 nəfər).
Nümayəndəliyin inzibati ərazisində rayonda yerli özünü idarəetmə orqanı olan 1 bələdiyyə -  Binəqədi Bələdiyyəsi fəaliyyət göstərir. Ərazidə Rayon MKTB-nin balansında olan 5 MKİS-ə (1, 72, 80, 102 və 106 saylı) məxsus ümimilikdə 162 yaşayış binası, o cümlədən 78 saylı xüsusi təyinatlı MKİS-ə məxsus 27, Azərittifaqa məxsus 3, Xəzər Dəniz Gəmiçilik idarəsinə (KASPAR) məxsus 10 yaşayış binası, 36 MTK və 16 kooperativ binası var (ümumilikdə - 254).

Ərazidə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 9 ümumtəhsil məktəbi (3, 83, 102, 126, 135, 244, 248, 276, 283), 2 məktəbdənkənar müəssisə - (27 saylı Uşaq Yaradıcılıq Mərkəzi və 14 saylı Uşaq Gənclər İdman Mərkəzi) və 9 məktəbəqədər təlim-tərbiyə müəssisəsi (40, 138, 151, 158, 177, 178, 193, 215) fəaliyyət göstərir. Bununla yanaşı, 3 texniki Peşə liseyi (6, 9 və 18), 1 musiqi məktəbi (11 saylı), Bakı Humanitar Koleci, Bakı Turizm Peşə Məktəbi və 1 Mərkəzləşmiş kitabxana, 1 kənd təsərrüfatı muzeyi fəaliyyət göstərir.
 
1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 7 dekabr 2012-ci il tarixdə yaradılmış, işçilərin sayı 6 nəfərdir.
Ünvan: Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 5/A
Telefon: (012) 561-96-80
 

 
Keçidlər