XOCƏSƏN QƏSƏBƏSİ
Xocəsən qəsəbəsinin adı tarixdə ilk dəfə V-VI əsrlərdə çəkilib. Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilmişdir. Görkəmli tarixçi Sara Aşurbəyli bu kəndin adını Xocəsən kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərmişdir. Belə ki, kəndin karvan yolunun üstündə yerləşdiyinə görə bu ərazi yaxın ətraf məntəqələrin vergi yığımı üçün münasib olmuşdur.
Kənddə 3 ovdan olmuşdur. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb.
Kənddə 3 ovdan olmuşdur. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb.
Müxtəlif vaxtlarda kənd və qəsəbə kimi gah ayrıca inzibati ərazi vahidi, gah da Biləcəri qəsəbə inzibati ərazi dairəsinin tərkibində mövcud olmuş Xocəsən qəsəbə inzibati ərazi dairəsi 1999-cu ildə yaradılmışdır.
İnzibati ərazi dairəsinə Xocəsən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hal-hazırda tam bir-biri ilə birləşmiş və faktiki olaraq bir qəsəbə olmuşdur.
Xocəsən qəsəbəsinin ərazisi 18 kv. km olmaqla rayon mərkəzindən 9 km məsafədə yerləşir. Hər iki qəsəbədə birlikdə qeydiyyatda olan əhalinin sayı 21800 nəfər, faktiki isə 50 000 nəfərdən çoxdur.
Qəsəbədə 3 orta məktəb (103, 217, 313 saylı), 1 uşaq bağçası (328 saylı), 1 səhiyyə müəssisəsi, qəsəbə klubu və 1 kitabxana, 10-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda “Stend Atıcılığı İdman Komleksi” və Bakı Beynəlxalq Avtovağzalıda qəsəbə ərazisində yerləşir.
Qəsəbə ərazisində fəaliyyət göstərən müəssisələrdən sərinləşdirici içkilər istehsalı ilə məşğul olan "Pepsi-cola", "Coca-Cola", "Lider Cola", "Aqua-vita" müəssisələri istehsal etdikləri məhsullarla bütün ölkədə məşhurdur.
Qəsəbə ərazisində Böyük Vətən Müharibəsində həlak olmuş xocəsənlilərin xatirəsinə inşa edilmiş abidə kompleksi mövcuddur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1999-cu ildə yaradılmış, işçilərinin sayı 5 nəfərdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Ünvan: Binəqədi rayonu R.Allahverdiyev küçəsi 100
Telefon: (012) 346-18-43
Telefon: (012) 346-18-43