Şriftin ölçüsü :

Saytın rəngi :

28 MAY QƏSƏBƏSİ

 
28 May qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 20 km uzaqlıqda və Abşeron yarımadasının qərbində yerləşən yeni yaşayış məntəqəsidir. Belə ki, indiki 28 May qəsəbəsinin bir hissəsi 90-cı illərdə Xocasən qəsəbəsinin inzibatı ərazisinə daxil olmuşdur.

Azərbaycan Respublikasının 21.05.2004-cü il tarixli 674-IIQ saylı Qanununa əsasən Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisində dəyişiklik edilmiş və 28 May qəsəbəsi Xocasən inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 28 May qəsəbə inzibati vahidi yaradılmışdır.
Qəsəbədə yaşayan əhalinin sayı 7011 nəfər, qeyri rəsmi (qeydiyyatsız yaşayan) 10000 nəfər təşkil edir. Milli tərkibə gəldikdə isə əhalinin 99 faizi azərbaycanlılardan, qalan hissəsi isə rus, tatar və müxtəlif azsaylı xalqlardan ibarətdir.
Qəsəbədə 329 saylı 120 yerlik uşaq bağçası, 306 saylı 507 şagird yerlik orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2004-cü ildən fəaliyyətə başlamış, işçilərin sayı 4 nəfərdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi ------.
Ünvan: Binəqədi rayonu 28 May qəsəbəsi 8-ci küçə, bina 2
Telefon: (012) 410-88-61

 

Keçidlər