Şriftin ölçüsü :

Saytın rəngi :

2016-CI İLİN YANVAR-DEKABR AYLARINDA BİNƏQƏDİ RAYONUNUN SOSİAL, İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ

 

Sənaye.  Rayon üzrə 214538,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün 88,9 faizi qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 88,4 faiz təşkil etmişdir.
Nəqliyyat. 2016-cı ilin yanvar-dekabr aylarında nəqliyyat sahəsində  fəaliyyət göstərən  müəssisələr tərəfindən 40799,7 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisinin 76,4 faizini təşkil etmişdir.
Rabitə. 2016-cı ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən 10201,4 min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən 1,9 faiz artmışdır.
Tikinti. 2016-cı ilin yanvar-dekabr aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 66730,7 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz təşkil etmişdir. İstifadə olunmuş vəsaitin 60972,2 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və ya əvvəlki  ilin müvafiq dövrünə nisbətən  30,1 faiz təşkil etmişdir.
Ticarət.  2016-cı ilin yanvar-dekabr ayları ərzində rayonun pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən  müqayisəli qiymətlərlə 95,9 faiz təşkil edərək 1220337,0 min manat olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 68,4 faizi ərzaq, 31,6 faizi isə qeyri-ərzaq məhsullarının payına düşmüşdur.
İaşə. 2016-cı ilin yanvar-dekabr ayları ərzində əhaliyə 67634,2 min manatlıq və ya 2015-ci ilin eyni dövrünün səviyyəsinin 80,3 faizi həcmində iaşə xidmətləri göstərilmiş, onların da 44,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,7 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxslərin payına düşmüşdür.
Ödənişli xidmət. 2016-cı ilin yanvar-dekabr aylarında əhaliyə 420674,8 min manat məbləğində ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 99,5 faiz təşkil etmişdir. Ödənişli xidmətlərin 84,6 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2016-cı ilin yanvar-noyabr aylarında 409,8 manat və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz artmışdır. Sənaye sahələrində çalışanların orta aylıq əmək haqqı yanvar-noyabr aylarında keçən ilin müvafiq dövründən 0,7 faiz çox olaraq 458,5 manat, tikinti kompleksində isə 406,8 manat olmuşdur, keçən ilin müvafiq dövrünə nisbətən 91,5 faiz təşkil etmişdir.

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

  2016-cı ilin
yanvar- dekabr ayları faktiki, min manat 
2016-cı ilin yanvar-dekabr ayları 2015-cı ilin yanvar-dekabr aylarına
nisbətən,
faizlə 
Məlumat üçün
2015-ci ilin yanvar-dekabr ayları 2014-cü ilin yanvar-dekabr
aylarına nisbətən,  faizlə
Sənaye məhsulunun (işlərin,
xidmətlərin)  ümumi həcmi                                 
214538,3
88,9*

89,4* 
Əsas kapitala yönəldilən  vəsaitlər 66730,7 27,8 88,4
Əsas kapitala yönəldilmiş  ümumi investisiyadan tikinti-quraşdırma işləri     60972,2 30,1 88,4
Yerinə yetirilmiş inşaat işlərinin həcmi 284362,5 72,6 78,0
Nəqliyyat xidmətlərinin həcmi       40799,7 76,4 130,1
İnformasiya və rabitə xidmətlərinin həcmi      10201,4 101,9 62,2
Pərakəndə ticarət dövriyyəsi 1220337,0 95,9 107,5
Əhaliyə göstərilən ödənişli  xidmətlər 420674,8 99,5 97,0
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat (2016-cı ilin yanvar-noyabr  aylarında) 409,8 100,4 99,5
İşsizlik statusu verilmiş şəxslərin
sayı (2017-ci il yanvarın 1-nə, nəfər)
1150 94,0 113,3

 *)    fiziki həcm indeksi

Keçidlər