Şriftin ölçüsü :

Saytın rəngi :

2016

S Ə N A Y E  

2016-cı ilin yanvar-dekabr aylarında Binəqədi rayonu üzrə 214538,3 min manatlıq  və ya ötən ilin müvafiq dövrünün  88,9 faizi qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənayenin dövlət müəssisələri tərəfindən 24938,9 min manatlıq və ya ümumi istehsalın 11,6 faizi qədər, qeyri-dövlət müəssisələri tərəfindən 189599,4 min manatlıq və ya ümumi istehsalın 88,4 faizi qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
 
Sənaye məhsulu istehsalının indeksi,
sabit qiymətlərlə, faizlə

 
  Əvvəlki ilin müvafiq dövrünə nisbətən, artan yekunla
2016
Yanvar 86,4
Yanvar-fevral 82,4
Yanvar-mart 82,4
Yanvar-aprel 83,9
Yanvar-may 83,8
Yanvar-iyun 84,8
Yanvar-iyul 83,9
Yanvar-avqust 86,8
Yanvar-sentyabr 87,2
Yanvar-oktyabr 87,2
Yanvar-noyabr 87,4
Yanvar-dekabr 88,9

Sənayenin ayrı-ayrı bölmələrində istehsalın dinamikası aşağıdakı göstəricilərlə xarakterizə olunur:

  Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə
 
Mədənçıxarma
sənayesi 
Emal sənayesi 
Elektrik enerjisi, qaz və
buxar istehsalı, 
bölüşdürülməsi və
təchizatı 
Su təchizatı,
tullantıların
təmizlənməsi
və emalı
2016
Yanvar 99,0 53,8 100,6 101,4
Yanvar-fevral 102,0 54,7 51,6 99,5
Yanvar-mart 101,3 62,4 35,7 100,5
Yanvar-aprel 100,7 70,4 29,2 99,5
Yanvar-may 100,6 71,4 27,5 98,5
Yanvar-iyun 100,9 75,2 26,3 97,8
Yanvar-iyul 100,8 73,7 25,4 98,2
Yanvar-avqust 100,9 81,0 24,5 98,7
Yanvar-sentyabr 100,9 81,1 23,5 99,1
Yanvar-oktyabr 101,0 80,5 21,4 99,5
Yanvar-noyabr 101,0 81,0 18,9 100,1
Yanvar-dekabr 100,9 84,1 16,1 100,7

Sənaye məhsulunun 27,6 faizi mədənçıxarma bölməsində, 66,2 faizi emal bölməsində, 0,8 faizi elektrik enerjisi, qaz və buxarla təchizat bölməsində, 5,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.

Sənaye istehsalının sahə quruluşu

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı 
2016-cı ilin
yanvar-dekabr
aylarında
istehsal edilmişdir,
min manat 
2015-ci ilin
müvafiq
dövrünə
nisbətən
(sabit qiymətlərlə),
faizlə
Cəmi 
214538,3 
88,9
Ümumi yekundan istehsal olunmuş məhsulun
(işlərin, xidmətlərin) müəssisələrin fəaliyyət növünə görə bölgüsü
   
Mədənçıxarma sənayesi 59174,1  100,9
Emal sənayesi 142007,4  84,1
o cümlədən:    
Qida məhsullarının istehsalı 24610,2 6,0 
İçki istehsalı 85079,0 71,8
Geyim istehsalı 108,2 -
Dəri məmulatları, ayaqqabı istehsalı 1495,9 125,5
Ağac emalı və ağac məmulatların istehsalı 16,0 115,8
Kağız və karton istehsalı 78,5 -
Poliqrafiya fəaliyyəti 2105,3 89,7
Kimya sənayesi 5669,3 154,3
Rezin və plastmas məmulatların istehsalı 1141,6 7,1 
Tikinti materiallarının istehsalı 610,7 45,8
Metallurgiya sənayesi 645,8 69,1
Hazır metal məmulatlarının istehsalı 5681,4 -
Maşın və avadanlıqların istehsalı 1207,7 29,6
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı  12,9 -
Sair nəqliyyat vasitələrinin istehsalı 318,0 109,1
Mebellərin istehsalı 571,2 40,1
Sair sənaye məhsullarının istehsalı 1827,6 -
Maşın və avadanlıqların quraşdırılması və təmiri 10828,1 187,2
Elektrik enerjisi, qaz, buxar  istehsalı, bölüşdürülməsi və təchizatı 1835,1 16,1
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 11521,7 100,7
 
2016-cı ilin yanvar-dekabr aylarında istehlakçılara 235916,9 min manatlıq və ya ümumi sənaye istehsalından 10,0 faiz çox sənaye məhsulu göndərilmişdir.
2017-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 11689,0 min manatlıq hazır məhsul ehtiyatı qeydə alınmışdır.
2016-cı ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində 6567 nəfər işləmişdir. Bu da keçən ilin müvafiq dövründən 0,9  faiz çoxdur.
2016-cı ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində orta aylıq əmək haqqı 458,5 manat olmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövründən 0,7 faiz çoxdur.       
2016-cı ilin yanvar-noyabr aylarında işçilərin sayı və orta aylıq əmək haqqı aşağıdakı göstəricilərlə xarakterizə olunur:
 
  2016-cı ilin yanvar-noyabr ayları  Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə
İşçilərin orta siyahı sayı (nəfər) 6567  100,9
Orta aylıq əmək haqqı (manat) 458,5  100,7
                
MƏDƏNÇIXARMA SƏNAYESİ

Mədənçıxarma sənayesi üzrə neft və qaz istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur:
 
Məhsul növləri
 2016-cı ilin
yanvar-dekabr
aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq
dövrünə nisbətən, faizlə 
01.01.2017-ci il vəziyyətinə
hazır məhsul ehtiyatı
Neft, min ton
141,2
101,1
3,0
Qaz, milyon kub metr
2,2
115,8
-

Neft istehsalı keçən ilin müvafiq dövründən 1,1 faiz çox olmaqla 141,2 min ton, qaz istehsalı keçən ilin müvafiq dövründən 15,8 faiz çox olmaqla 2,2 milyon kub.metr olmuşdur. 

EMAL  SƏNAYESİ

Emal sənayesində istehsalın həcmi ötən ilin müvafiq dövrünün 84,1 faizini təşkil etmişdir.
 
Emal sənayesində istehsal olunmuş əsas məhsullar
 
Məhsul növləri 
2016-cı ilin
yanvar-dekabr
aylarında
istehsal
edilmişdir
Əvvəlki ilin
müvafiq
dövrünə
nisbətən,
faizlə 
01.01.2017-ci il
vəziyyətinə
hazır məhsul
ehtiyatı
Qida məhsulları istehsalı
Dondurulmamış hazır tərəvəz yeməkləri, ton 14,1 49,5 -
Buğda kəpəyi, ton 11196,2 8,7 -
Tort və şirniyyat məmulatları, ton 51,5 42,4 -
Dondurma, ton 114,0 187,5 -
Xırçıldayan  kökələr, ton 23,2 50,8 -
İçki istehsalı
Sair alkoqollu içkilər, min dkl 85,2 198,1 -
Alkoqolsuz içkilər, min dkl 16215,1 69,0 998,8
Dəri və dəri məmulatları istehsalı
Üstü dəridən kişi ayaqqabıları, min cüt 32,0   125,5 21,2
Kimya sənayesi
Suda dispersiya edilmiş boya, ton 937,2 186,1 83,2
Sintetik üzvi boyayıcı maddələr, ton 1102,0 143,6 61,0
Yapışqan və yapışqanlı maddələr, ton - - 7,6
Metallurgiya sənayesi
Polad profil, ton 5304,7  52,5  8782,5
Maşın və avadanlıqların istehsalı
Tal blokları, ədəd 20,0 52,6 2,0
Fontan armaturu, ton 30,6 63,8 34,6

 

Qida məhsullarının istehsalı sahəsində tort və şirniyyat məmulatları keçən ilin müvafiq dövrünün 42,4 faizini, xırçıldayan kökələr 50,8 faizini, dondurulmamış hazır tərəvəz yeməkləri 49,5 faizini təşkil etmiş, dondurma keçən ilin müvafiq dövrü ilə müqayisədə 87,5 faiz, buğda kəpəyi isə 8,7 dəfə artmışdır.
İçki istehsalı sahəsində alkoqolsuz içkilər keçən ilin müvafiq dövrünün 69,0 faizini təşkil etmiş, sair alkoqollu içkilər isə keçən ilin müvafiq dövründən 98,1 faiz artıq olmuşdur. 2017-ci il yanvar ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı kimi 998,8 min dkl alkoqolsuz içki olmuşdur.
Dəri və dəri məmulatları istehsalı sahəsində üstü dəridən kişi ayaqqabıları istehsalı keçən ilin müvafiq dövründən 25,5 faiz artmış, dövrün sonuna hazır məhsul ehtiyatı 21,2 min cüt olmuşdur.
Kimya sənayesi sahəsində suda dispersiya edilmiş boya istehsalı keçən ilin müvafiq dövründən 86,1 faiz, sintetik üzvi boyayıcı maddələr isə 43,6 faiz çox olmuşdur. Hazır məhsul ehtiyatı kimi 83,2 ton suda dispersiya edilmiş boya, 61,0 ton sintetik üzvi boyayıcı maddələr, 7,6 ton yapışqan və yapışqanlı maddələr qalığı qalmışdır.
Metallurgiya sənayesində polad profil istehsalı keçən ilin müvafiq dövrünün 52,5 faizini təşkil edərək 5304,7 ton, hazır məhsul ehtiyatı isə 8782,5 ton olmuşdur.
Maşın və avadanlıqlar istehsalı sahəsində fontan armaturu istehsalı keçən ilin müvafiq dövrünün 63,8 faizini təşkil edərək 30,6 ton, tal blokları istehsalı isə keçən ilin müvafiq dövrünün 52,6 faizini təşkil edərək 20 ədəd olmuşdur. Hazır məhsul ehtiyatı kimi tal blokları 2 ədəd, fontan armaturu 34,6 ton olmuşdur.
Keçidlər