Şriftin ölçüsü :

Saytın rəngi :

2016

T İ K İ N T İ

2016-cı ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda  bütün  maliyyə  mənbələri  hesabına 30314,7 min  manat  əsas  fondlar  istifadəyə  verilmişdir.
2016-cı ilin yanvar-dekabr aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 39196,2 kv.metr olan 150 yeni yaşayış evi istifadəyə verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 21645,1 kv. metr, onların real bazar dəyəri isə 20589,7 min manat olmuşdur.
2016-cı  ilin  yanvar-dekabr aylarında  rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün  maliyyə  mənbələrindən əsas kapitala 66730,7 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz təşkil etmişdir.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 27906,5 min manat (41,8 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 38824,2 min manat (58,2 faiz) sərmayə yönəltmişlər.
2016-cı ilin yanvar-dekabr aylarında 60972,2 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,1 faiz təşkil etmişdir.
2016-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 284362,5 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 72,6 faiz təşkil etmişdir.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin tikinti, yenudənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2016-cı ilin yanvar-dekabr aylarında 56435,2 min manat, sair tikinti işləri 64824,3 min manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 30,7 faiz,  və 64,4 faiz təşkil etmişdir.
Əsaslı təmir 124488,0 min manat, cari təmir 38615,0 min manat və əvvəlki ilin müvafiq dövrünə nisbətən 62,8 faiz və 24,9 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 196562,3  min manat (69,1 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 87800,2 min manat (30,9 faiz) olmuşdur.
 
2016-CI  İLİN  YANVAR-DEKABR  AYLARINDA ƏSAS KAPİTALA YÖNƏLDİLMİŞ İNVESTİSİYALAR VƏ TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİNİN
YERİNƏ YETİRİLMƏSİ
 
 
Əsas kapitala yönəldilmiş
investisiyalar
o cümlədən
tikinti-quraşdırma  işləri
Cəmi,
min
manat 
Əvvəlki ilin müvafiq
dövrünə   nisbətən,
faizlə  
Cəmi,
min
manat 
Əvvəlki ilin müvafiq
dövrünə  nisbətən,
faizlə
Binəqədi rayonu üzrə
66730,7
27,8 60972,2 30,1

2016-CI İLİN YANVAR-DEKABR AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİ TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ İNŞAAT İŞLƏRİNİN DƏYƏRİ

  Cəmi, min manat  Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Binəqədi rayonu üzrə 284362,5 72,6
 
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi
(ümumi yekuna görə, faizlə)

2016-CI İLİN YANVAR-NOYABR AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİNDƏ SİYAHI TƏRKİBİNDƏ OLAN İŞÇİLƏRİN ORTA SAYI VƏ ORTA AYLIQ ƏMƏK HAQQI

  Siyahı  tərkibində olan
işçilərin
orta sayı,
nəfər 
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən,
faizlə 
Orta hesabla  bir işçiyə
düşən orta aylıq əmək haqqı, manat 
Əvvəlki ilin  müvafiq  dövrünə
nisbətən, faizlə
Binəqədi rayonu üzrə
3404
70,3 406,8 91,5

2016-cı ilin yanvar-noyabr aylarında tikinti müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 3404 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1442 nəfər azalmışdır.  Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 406,8 manat və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,5 faiz təşkil etmişdir.

Keçidlər