Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı

Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsində yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ikimərtəbəlidir. Birinci mərtəbədə geniş foye, iş otaqları, ikinci mərtəbədə iş otaqları, konfrans zalı və 120 nəfərlik iclas zalı vardır. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin mənalı həyat yolunun və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər asılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

 
Keçidlər