Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına istirahət parkı

 

Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 4,5 hektar sahəni əhatə edir. Yenidənqurma işlərinə yerli və xarici mütəxəssislər cəlb edilib.
Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunub.
Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşıq verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır.
Parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası və s. inşa edilib.
3 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olmuşdur.

Keçidlər