Biləcəri mədəniyyət-istirahət parkı
Parkda əsaslı təmir işləri dövlətimizin başçısının 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. Park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilmişdi. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 40-a yaxın oturacaq qoyulub, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıb. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənib.
22 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
.jpg)
.jpg)