“Azadlıq prospekti” metro stansiyası
Bakı Metropoliteninin III növbəsinin şimal sahəsinə aid olan və 8-ci mikrorayon ərazisində yerləşən “Azadlıq prospekti” stansiyasının tikintisinə 2006-cı ilin sonunda başlanmışdır.14 metr dərinlikdə yerləşən bu stansiyada ilk dəfə olaraq sütunsuz tağvari platforma quraşdırılmışdır. Tikintidə istifadə olunan material və avadanlığın bir hissəsi müxtəlif xarici ölkələrdən gətirilmişdir.
30 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının açılışında iştirak etmişdir.