Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsi

Gənclər evində inzibati otaqlarla yanaşı, 75 yerlik akt zalı, psixo-sosial xidmət, ünsiyyət klubu, elektron kitabxana, informasiya guşəsi, iş otaqları var. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi irsi, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı guşələr yaradılıb.
Mərkəzdə, həmçinin art-studiya, sərgi qalereyası, söhbət klubu, masaüstü oyunlar otağı, istedadların hazırlığı laboratoriyası, gənc iqtisadçılar klubu, ekologiya dərnəyı, internet klub, peşə mərkəzi, foto və video studiyaları, vətənpərvərlik, texnika və ixtiraçılar klubları, fitnes zalı, tennis və bilyard otaqları, rəqs dərnəyi və gənclər klubu da fəaliyyət göstərir.

Ünvan: Binəqədi rayonu 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112
Telefon: (+994 12) 561-88-45; (+994 12) 562-28-73; (+994 12) 563-30-34 

 

 

Keçidlər