Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi


Bu gün Binəqədi rayonunda yerləşən müasir tibb ocaqlarından biri də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzidir. Bu mərkəz 70 ildən çoxdur ki, ölkəmizdə fəaliyyət göstərir. Bu şanlı tarix, institutun milli oftalmologiya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin ixtisaslaşdırılmış oftalmoloji xidmət ilə təmin edilməsinə yönəldilmiş çoxillik fəaliyyətə əsaslanır. 21.01.2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 869 saylı sərəncamı ilə instituta görkəmli alim, akademik Z.Ə.Əliyevanın adı verilmişdir. Zərifə xanım Əliyeva nəinki Azərbaycanda, eləcə də keçmiş MDB məkanında oftalmologiya sahəsinin inkişafına sanballı töhfələr verib. Onun monoqrafiyaları, elmi məqalələri bu gün də öz aktuallığını saxlayır və tədris vəsaiti kimi istifadə olunur.
Ünvan: 6-cı mikrorayon, Cavadxan küçəsi 32/15
Telefon: (012) 569-09-23

 

 

 

Keçidlər