Şriftin ölçüsü :

Saytın rəngi :

"Xırman" şirkəti

 
Azərbaycan Respublikasının qida sektorunda 1997-ci ildən etibarən fəaliyyət göstərən “Xırman” şirkəti istehsal etdiyi müxtəlif çeşidli məhsullarla bazarda layiqli yerini tutmuşdur.Təbii xammaldan istifadə edərək yüksək keyfiyyət göstəricilərini əsas tutan şirkətimiz un və çörək məmulatları, qatılaşdırılmış süd, yağ  və digər süd məhsulları istehsalında ən son texnologiyaların istifadəsi ilə istehlakçıların böyük rəğbətini qazanmışdır. Məhz “Xırman” şirkəti  Azərbaycanda ilk dəfə olaraq qatılaşdırılmış südün yerli istehsalını həyata keçirmiş və bu sahədə liderliyini qoruyub saxlaya bilmişdir. Beynəlxalq və yerli standartlar əsasında istehsal edilən gündəlik qida məhsulları yerli və xarici bazarların istehlakçılarını tam məmnun edecək səviyyədədir. Məhsulları Azərbaycan ilə yanaşı Türkiyə, Liviya, Gürcüstan və İran bazarlarına da ixrac olunmuşdur. 2010-cu ildə 10 ton, 2014-cü il ərzində isə 20 ton süd məhsulları şirkət tərəfindən ixrac edilmişdir.
Rəhbəri: Mirzəliyev Fazil
Ünvan: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100
İşçilərin sayı: 249 nəfər
 
İstehsal etdiyi məhsulun adı Məhsulun xüsusiyyəti Məhsulun satışa buraxıldığı ölçü
Un əla növ, 1-ci növ 10, 25, 50 kq
Qatılaşdırılmış süd sadə və bişmiş 360 qr, 2, 3,9, 20 kq
Bitki yağları Spred 250, 500, 900 qr,1, 5, 10, 20 kq
Suxari Suxar Suxariç, Kubik - Rubik 15, 35 qr
Çörək sadə, pəhriz 580 qr
Pop Korn Sadə 30 qr
Çipslər YES, 3D 10 ,15, 25 qr

Keçidlər