Kənd Təsərrüfatı muzeyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Muzeyi “Baytarlıq şəhərciyi”nin binasının 5-ci mərtəbəsində fəaliyyət göstərir. Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 15 mindən çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII-XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.
Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır.
Hazırda ekspozisiya 500 m2 sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Muzeyin yerləşdiyi bina təmir olunmuş və ekspozisiya zalları dünya standartlarına uyğun səviyyədə ən müasir maketləşdirilmiş formada tərtib olunmuşdur. 200 m2-lik inzibati və iş otaqları tam təmir edilmişdir.
Muzeydə 5640 foto neqativ, 260 məişət və etnoqrafiya, 37 rəsm əsəri, 35 tətbiqi incəsənət nümunələri və s. vardır. Muzeyin 6 böyük ekspozisiyasında tez-tez sərgilər təşkil olunur.
Dünyada bu təyanatlı yalnız 5 muzey fəaliyyət göstərir. Muzeyə giriş pulsuzdur.
Direktor: Qurbanov Natiq Cəlal oğlu
İşçilərin sayı: 21 nəfər
Ünvan: Süleyman Sani Axundov küçəsi 73
Eksponatların sayı: 5211 (əsas fond), 2267 (əlavə fond)
Telefon: (99412) 561-49-17