Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsi 20 Yanvar şəhidlərinin xatirə parkı

 
Biləcəri qəsəbəsində “20 Yanvar” şəhidlərinin xatirə parkı 1991-ci ildə yaradılmış, 2013-cü ildə yenidən qurulmuşdur. Sahəsi 0,3 hektardır. Parkda 20 Yanvar şəhidlərinin xatirəsinə “Güllə yağışı” abidəsi ucaldılmışdır.
Parkın ümumi ərazisi 3800 m2, yaşıllıq ərazisi 2200 m2, qranit mərmər ilə döşənmiş sahəsi 800 m2, beton səki daşları ilə döşənmiş sahə 800 m2 təşkil edir.
Parkın yaşıllaşdırılmasında Avropadan gətirilmiş həmişəyaşıl ekzotik ağac və bitkilərdən istifadə olunub. Park müasir işıqlanma və avtomatik suvarma sistemi ilə təchiz edilmiş, həmçinin günlük və oturacaqlar quraşdırılıb, parkın ətraf yolları və yaşayış sahələri abadlaşdırılıb.
Burada “20 Yanvar Şəhidləri” xatirəsinə quraşdırılan “Güllə yağışı” adlanan abidədə simvolik olaraq 500-ə yaxın müxtəlif kalibrli orijinal mərmi və gilizlərdən istifadə olunub. Bu abidənin özünəməxsus anlamı həmin gün törədilən cinayətin dinc əhaliyə qarşı olduğunu əks etdirməsi və müxtəlif istiqamətlərdən atılan güllələrin  güllə yağışı kimi yağmasının  təsviridir. Abidənin müəllifi əməkdar heykəltəraş Azad Əliyevdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər