Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərov Hüseyn Abbas oğlu

 
Əsgərov Hüseyn Abbas oğlu 1958-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini  Filoloq ixtisası üzrə bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan Respublikasının Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1984-1997-ci illərdə Azərbaycan Elimlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi  vəzifəsində çalışıb.  1997-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim, baş müəllim, dosent, professor kimi fəaliyyət göstərir. 2007-ci ildə filologiya elmləri doktoru dərəcəsinə nail olmuşdur.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri kimi çalışıb.  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 oktyabr tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Təhsil nazirinin 3 avqust 2006-cı il tarixli 11/385 nömrəli əmri ilə  Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəis müavini vəzifəsinə təyin olunmuşdur.
18 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının IX konfransında sədr müavini seçilmişdir.

 

Keçidlər