Şriftin ölçüsü :

Saytın rəngi :

"RELT HOUSE"

“RELT HOUSE” MMC tərəfindən ilkin mərhələdə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində “Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” Rayon İcra Hakimiyyəti başçısının 29 yanvar 2016-cı il tarixli 18 saylı Sərəncamı imzalanmışdır. Sərəncama əsasən qeyd olunan ünvanda podratçı təşkilat “RELT HOUSE” MMC tərəfindən qəzalı binalarda yaşayan sakinlərin hər ay kirayə haqqının ödənilməsi və köçürülməsi təmin olunmaqla hər biri 3 mərtəbəli 3 binanın, o cümlədən Azadlıq prospekti 5-də 18 mənzilli, Azadlıq prospekti 7-də 24 mənzilli, Azadlıq prospekti 9-da 18 mənzilli, ümumi yaşayış sahəsi 4048 m2 olan 62 ədəd mənzilin sökülərək yerində müvafiq olaraq Azadlıq prospekti 5-də 16 mərtəbəli 284 mənzilli, Azadlıq prospekti 7-də 18 mərtəbəli 279 mənzilli, Azadlıq prospekti 9-da 17 mərtəbəli 91 mənzilli, ümumi yaşayış sahəsi 51811 m2 olan 654 mənzilli müasir tələblərə cavab verən yeni 7 bloklu yaşayış binalarının tikintisi həyata keçiriləcəkdir. Bununla bağlı “RELT HOUSE” MMC tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə işləri başa çatdırılmışdır.
Bundan əlavə “RELT HOUSE” MMC tərəfindən binaların həyətində, ümumi sahəsi 380 m2 olan 13 nəfərə məxsus 14 ədəd (qarajlar və digər tikililər) qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar sakinlərlə ümumi razılığa gəlinərək müqavilə imzalanmış və qeyri-yaşayış obyektlərinin sökülməsi işləri başa çatdırılmışdır. Qeyri-yaşayış sahələrinin sahiblərinin yeni yaşayış binlarının 1-ci mərtəbəsində və zirzəmisində inşa ediləcək ümumi sahəsi 24191 m2 olan yeni qaraj və qeyri-yaşayış sahələri ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
         Hazırda Azadlıq prospekti 5 saylı yaşayış binasının sakinləri ilə “RELT HOUSE” MMC arasında öhdəlik müqavilələri imzalanmışdır. Belə ki, həmin binada 18 mənzil sahibi ilə müqavilə imzalanmış və 18 mənzil sahibinin kirayə evlərə köçürülməsi tam başa çatdırılmışdır. Həmin ərazidə yerləşən 7 və 9 saylı binanın sakinləri ilə müvafiq razılaşma işləri aparılır.     
Tikiləcək 1 və 2 nömrəli binaların daxilində pilləkənlərin mərmər daşlarla üzlənməsi, bloklarda şpaklyovka işləri görülür. 3 nömrəli binada beton işləri tam yekunlaşıb arakəsmə işləri aparılır, dam örtüyünün quraşdırılmasına hazırlıq işləri davam etdirilir. Binanın həyətində abadlıq işlərinə başlanılmışdır. 

Keçidlər