Şriftin ölçüsü :

Saytın rəngi :

"DƏRNƏGÜL" MTK

Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,53179 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə “Dərnəgül” MTK tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır.
“Dərnəgül” MTK tərəfindən Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,53179 ha torpaq sahəsində ümumi sahəsi 3000 m2 olan mövcud əmlak kompleksinin (mükiyyətçi A.M.Nəbiyevlə “Dərnəgül” MTK arasında bağlanmış “Birgə fəaliyyət haqqında” notarial qaydada təsdiq olunmuş müqavilə əsasında) sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində  ümumi sahəsi 47477 m2 olan hər biri 1 girişli 7 ədəd 16 mərtəbəli “Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” Rayon İcra Hakimiyyəti başçısının 21.04.2016-cı il tarixli 86 saylı və 30.09.2016-cı il tarixli 207 saylı Sərəncamları imzalanmışdır. Tikinti obyektlərinin digər aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq tikinti işlərinə başlanılması üçün sənədləşdirmə işləri başa çatdırılımışdır.
Hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailə ilə “Dərnəgül” MTK arasında qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi təmin edilməklə başqa yerə köçürülmüş və ərazidə mövcud olan tikililər tam sökülmüş, tikinti işlərinə başlanılmışdı .İnşası davam etdirilən 7 binanın hər birində dam örtüyü işləri yekunlaşmış, 3-cü və 4-cü binalarda liftlər quraşdırılır, santexnika işləri aparılır. 5,6 və 7-ci binaların fasad hissəsində suvaq, daxildə elektrik işləri aparılır.

Keçidlər