Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,45118 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi məqsədilə “İnam-İnşaat 555” MMC tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır.
“İnam-İnşaat 555” MMC tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,45118 ha torpaq sahəsində mövcud əmlak kompleksinin (İnam-İnşaat 555” MMC-nin təsisçilərinin ümumi yığıncağının Qərarı əsasında) sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində 1 ədəd 16 mərtəbəli “Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsinə dair” Rayon İcra Hakimiyyəti başçısının 12.08.2016-cı il tarixli 175 saylı sərəncamı imzalanmışdır. Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim etmək üçün sənədləşdirilmə işləri davam etdirilir. Hazırda +8.00 səviyyəsinədən +11.00 səviyyəsinədək sütunların, lift şaxtasının diafraqmalarının, rigerlərin, döşəmənin armaturlanması və qəliblənməsi işləri aparılır.