“TURAN+T.T” MTK
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 32 ünvanında xüsusi mülkiyyətdə olan 0,35859 ha torpaq sahəsində yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, 1 və 2 mərtəbəli 3 ədəd ümumi sahəsi 1476,6 m2 olan mövcud əmlak kompleksinin bağlanmış “Birgə fəaliyyət haqqında” notarial qaydada təsdiq olunmuş müqavilə əsasında (mükiyyətçi C.S.Cəfərovla “Turan+T.T” MTK arasında) sökülərək, yerində “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarı əsasında “Pilot” layihə çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 23.01.2017-ci il tarixli, 12 saylı sərəncamı ilə “Turan+T.T” MTK-ya yeni çoxmənzilli 3 girişli 18 və 19 mərtəbəli 200 mənzilli yaşayış binalarının tikintisinə icazə verilmişdir. İnşa ediləcək yeni yaşayış binalarının ümumi sahəsi 2059,1 m2, ümumi yaşayış sahəsi 24433 m2, qeyri-yaşayış sahəsi 1954,3 m2, yeraltı avtomobil dayanacağının sahəsi 2931,8 m2, satılacaq mənzillərin sahəsi 24433 m2 ibarət olacaqdır. “Turan+T.T” MTK tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə işləri başa çatdırılmışdır. “Turan+T.T” MTK ilə öhdəlik müqavilələri imzalanaraq 15 mənzilin sahibinə kompensasiya ödənilərək köçürülməsi tam təmin edilmişdir. Hal-hazırda tikiləcək binada 3-cü mərtəbə səviyyəsində qəlibləmə və armaturlama işləri dayandırılmışdır.