Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin ikinci rübü

 
2017-Cİ İLİN APREL-İYUN  AYLARINDA BİNƏQƏDİ RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ
 
Sənaye.  Rayon üzrə 81391,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 38,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 85,7 faiz təşkil etmişdir.
Nəqliyyat. 2017-ci ilin aprel-iyun aylarında nəqliyyat sahəsində  fəaliyyət göstərən  müəssisələr tərəfindən 14418,4 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən  50,9 faiz çoxdur.
Rabitə. 2017-ci ilin aprel-iyun aylarında rabitə müəssisələri tərəfindən 1566,6 min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən 77,1 faiz təşkil etmişdir.
Tikinti. 2017-ci ilin aprel-iyun aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 22568,5 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 53,5 faiz artıqdır. İstifadə olunmuş vəsaitin 20851,0 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu da əvvəlki  ilin müvafiq dövrünə nisbətən  60,7 faiz artıqdır.
Ticarət.  2017-ci ilin aprel-iyun ayları ərzində rayonun pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən  müqayisəli qiymətlərlə 95,6 faiz təşkil edərək 321585,2 min manat olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 64,3 faizi ərzaq, 35,7 faizi isə qeyri-ərzaq məhsullarının payına düşmüşdur.
İaşə. 2017-ci ilin aprel-iyun ayları ərzində əhaliyə 13080,6 min manatlıq və ya 2016-cı ilin eyni dövrünün səviyyəsinin 78,4 faizi həcmində iaşə xidmətləri göstərilmiş, onların da 41,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,4 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxslərin payına düşmüşdür.
Ödənişli xidmət. 2017-ci ilin aprel-iyun aylarında əhaliyə 92731,4 min manat məbləğində ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 99,4 faiz təşkil etmişdir. 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

                                                                                                       
2017-ci ilin
aprel- iyun ayları faktiki, min manat
2017-ci ilin aprel-iyun ayları 2016-cı ilin aprel-iyun aylarına
nisbətən,
faizlə
Məlumat üçün
2016-cı ilin aprel-iyun ayları 2015-ci ilin aprel-iyun
aylarına nisbətən,  faizlə    
Sənaye məhsulunun (işlərin,
xidmətlərin)  ümumi həcmi
81391,7 138,1* 84,8*
Əsas kapitala yönəldilən  vəsaitlər 22568,5 153,5 32,9
Əsas kapitala yönəldilmiş  ümumi investisiyadan tikinti-quraşdırma işləri 20851,0 160,7 33,4
Yerinə yetirilmiş inşaat işlərinin həcmi 53566,9 111,3 54,5
Nəqliyyat xidmətlərinin həcmi 14418,4 150,9 68,9
İnformasiya və rabitə xidmətlərinin həcmi 1566,6 77,1 81,5
Pərakəndə ticarət dövriyyəsi 321585,2 95,6* 101,9*
Əhaliyə göstərilən ödənişli  xidmətlər 92731,4 93,5* 98,7*
Bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı, manat (2017-ci ilin yanvar-may  aylarında) 423,4 103,5 100,6
İşsizlik statusu verilmiş şəxslərin sayı (2017-ci il iyulun 1-nə, nəfər) 1221 77,2 138,6

 

Keçidlər