Risk qrupu kateqoriyasına aid olan sosial təhlükəli vəziyyətdə olan ailələrin ünvanlarına mütəmadi olaraq reydlər keçirilməsi davam etdirilir
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi”nə dair 31.05.2017-ci il tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş Tədbirlər Planın 54-cü bəndinin icrası ilə əlaqədar olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və Binəqədi Rayon Polis İdarəsinin birgə əməkdaşlığı ilə risk qrupu kateqoriyasına aid olan sosial təhlükəli vəziyyətdə olan ailələrin ünvanlarına reydlərin keçirilməsi davam etdirilir.
Belə ki, 5 oktyabr 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis mayoru Cəfər Adıgözəlov tərəfindən vətəndaş Səfərəliyeva Yeganə Hüseyn qızının yetkinlik yaşına çatmayan övladı 24.03.2007-ci il təvəllüdlü Səfərəliyeva Aytac Əliqulu qızını nəzarətsiz və baxımsız vəziyyətdə saxlayaraq, onu avaraçılığa və dilənçiliyə məcbur etməsi, habelə onun təlim-tərbiyəsi ilə məşğul olmaması barədə daxil olmuş məlumata əsasən onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpus ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərək, müvafiq akt tərtib edildi.
Hal-hazırda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən uşağın hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi tədbirlər görülür.