Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti başçısının saytın qonaqlarına müraciəti

Hörmətli sayt qonaqları!

Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə xoş gəlmişsiniz! Binəqədi rayonu şəhərimizin qədim tarixə və özünəməxsus gözəlliyə malik olan məkanlarından biridir.

İnternet səhifəsi həm rayon haqqında, həmdə də Rayon İcra Hakimiyyətinin fəaliyyəti haqqında məlumatları özündə cəmləşdirən bir neçə hissədən ibarətdir.

Təqdim edilən bu internet səhifəsində Binəqədi rayonunun tarixi, əhalisi, keçdiyi inkişaf yolu, rayonda aparılan genişmiqyaslı işlər, rayonun təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, məşğulluq sahələri haqqında, 2013-cü ilin fevral ayından yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq istifadəyə verilmiş Sakinlərin Müraciət Xidməti (1646) haqqında məlumatlar, həmçinin rayon ərazisində aparılan geniş abadlıq-quruculuq işləri, elanlar, keçirilən tədbirlər haqqında məlumatlar operativ olaraq yerləşdirilir və daima yenilənir.

Siz Rayon İcra Hakimiyyətinə gəlmədən rəsmi sayt vasitəsilə bizə öz müraciətlərinizi edə bilərsiz. Bütün müraciətlər qeydiyyata alınır və qanunla müəyyən edilmiş qaydada və müddətdə cavablandırılır.

Ümid edirəm ki, internet səhifəmiz lazımlı məlumatları əldə etməkdə sizə yardımçı olacaq. Sual, rəy və təklif vermək üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Sizin hər bir müraciətiniz məmnunluqla qarşılanacaqdır.

 

Hörmətlə,

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı

Elxan Allahverdiyev

 

Keçidlər