Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin üçüncü rübü

 
Binəqədi Rayon İcra Hakimiyyətinin 2017-cı ilin üçüncü rübündəki fəaliyyətinə dair
 
HESABATI
 
Məlum olduğu kimi, 09 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Respublikanın rayon və şəhərlərinin sosial iqtisadi inkişafı üçün indiki dövrdə həyata keçirilən tədbirlər və gələcək dövrlərə hesablanmış, eyni zamanda bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq son illər ərzində tendensiya halına düşərək müsbət nəticələrini verməkdədir.
Belə ki, 2017-ci ilin 9 ayı ərzində  ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı, son illərdə aparılan siyasətin nəticəsində qeyri-neft iqtisadiyyatımız 2.5 faiz, o cümlədən qeyri-neft sənayesi 3.1,  kənd təsərrüfatı isə  2.8 faiz artmışdır.
9 ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar səviyyəsində artaraq, 42 milyard dollar səviyyəsinə çatmış, xarici ticarət dövriyyəsi isə 7 faiz artmışdır. Ötən dövr ərzində  226 min yeni iş yeri yaradılmışdır.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar- sentyabr aylarında  230 mln 107 min manatlıq  məhsul  istehsal edilmiş və xidmətlər göstərilmişdir. 9 ay  ərzində sənaye müəssisələrində  7114 nəfər işləmiş, keçən ilin müvafiq dövrünə nisbətən 10.6 faiz artım müşahidə olunmuşdur. Sənaye müəssisələrində orta aylıq əmək haqqı 503.8 manat olmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 33 mln 8  min manat, rabitə müəssisələri tərəfindən isə 5 mln 55 min manat həcmində xidmət göstərilmişdir.
Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 971 mln 585 min manatlıq istehlak malları satılmışdır ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artım deməkdir.            
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 24 mln 350 min manat əsas fondlar istifadəyə verilmişdir.  Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 547.5 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 41.8% artım deməkdir . 
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 286 mln 275 min manat təşkil etmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən xidmətlərin 15%-i dövlət müəssisələrinin payına düşmüşdür.
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 43204 nəfər olmuşdur. Dövlət sektorunda işçilərin orta aylıq sayı 17589 nəfər olmuş, qeyri-dövlət sektorunun payına isə 25615 nəfər düşmüşdür.
2017-ci il oktyabrın 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 7880 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. 9 ay ərzində orta aylıq nominal əmək haqqı 427.5  manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4.8% artım deməkdir.
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 2401 nəfər vətəndaş müraciət  etmiş, onlardan da 1889 nəfəri işaxtaran kimi qeydiyyata alınaraq 1161 nəfəri müxtəlif  sahələrdə  daimi  işlə  təmin olunmuşdur.
2017-ci ilin 9 ayı ərzində şöbə üzrə 36115 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 23492 nəfərinin yaşa görə, 9397 nəfərini əlilliyə görə, 3226 nəfərinin isə ailə başçısının itirməyə görə pensiya alanlar təşkil edir.
9 ay ərzində Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 25.6 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği 224.7 manat təşkil etmişdir.
2017-ci il oktyabr ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 264 min 300 nəfər olmuşdur.
1 oktyabr 2017-ci il tarixə Binəqədi rayonunda 2778 nəfərin doğumu və 1096 nəfərin ölümü qeydə alınmış, təbii artım isə 1682 nəfər təşkil etmişdir.
Cari ilin yanvar-iyun aylarında 1406 nikah və 447  boşanma halları qeydə alınmışdır.
Binəqədi rayonu ərazisində Respublikanın işğal olunmuş bölgələrindən olan 13026 ailə - 50542 nəfər məcburi köçkün faktiki məskunlaşmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.
Dövlət proqramına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun və sahil boyu 12.7 km uzunluğunda Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək yeni avtomobil yolunun inşası başa çatdırılmış və bir sıra tədbirlər həyata keçirilmişdir.
Yolun inşası ilə paralel olaraq Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarı hasarlarda 3600 m2 boyaq işləri, 3050 m2 dekorativ suvaq, hündürlüyü 640 m2 dekorativ hasar hörgüsü, vətəndaşlara məxsus hasarların bərpası işləri aparılmışdır.
Həmçinin, 8-ci mikrorayon C.Xəndan küçəsində nəqliyyat tıxaclarının aradan qaldırılması və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə yolun yenidənqurulması işləri çərçivəsində parklanma məqsədilə yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçirilmiş və yeni asfalt örtüyü vurulmuşdur.
Bildiyiniz kimi  Binəqədi rayon təsərrüfatının kanalizasiya sahəsində mövcud olan problemlərlə əlaqədar yaşayış massivlərində yaranan kanalizasiya və yağış sularının ötürülməsi ilə bağlı mütəmadi olaraq problemlər yaranırdı.  Bununla əlaqədar  Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2016-ci il tarixli Sərəncamının tələblərinə uyğun olaraq rayon ərazisində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən səth sularının idarə olunması, təmizlənməsi, yağış sularının yığılması nəticəsində ciddi problemləri olan avtomobil yollarında, həmçinin yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.
2017-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisində mövcud olan çoxmənzilli o cümlədən, 7, 8-ci mikrorayon, F.Məlikov küçəsi və A.Kunanbayev, S.S.Axundov, Azadlıq prospekti, M.Cəlal küçəsi ünvanlardakı yaşayış binalarında mərhələli proqram çərçivəsində fasadlarının, giriş və dam örtüklərində əsaslı təmir işləri həyata keçirilmişdir.
Hesabat dövrü ərzində yaşayış binalarının zirzəmilərində kanalizasiya, su xətti cari təmir edilmiş, eyni zamanda 143 çoxmənzilli binaların zirzəmilərində təmizlik və dezinfeksiya işləri aparılmış, 23 binanın zirzəmisi kənar əşyalardan təmizlənmişdir. 
Ötən dövr ərzində 75 lift cari təmir edilmiş və 415 liftin maşın şöbəsi kənar əşyalardan təmizlənmişdir.
Mikrorayonlar ərazisində 17350 kv.m, Biləcəri qəsəbəsində 15290 kv.m, Xocasən qəsəbəsi ərazisində 5000 kv.m asfalt örtüyü salınmışdır. Hesabat dövrü ərzində 37640 kv.m asfalt örtüyü salınmışdır. 
Bakı-Şamaxı yolunda  piyada keçidi tamamlanaraq istifadəyə verilmiş, 28 may qəsəbəsində isə tamamlanmaq üzrədir.
Bakı-Sumqayıt yolunun “Avtovağzal” metrostansiyasının yaxınlığında yerləşən yaşayış massivində yaşayan sakinlərin müxtəlif yuxarı dövlət qurumlarına və Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətləri nəzərə alınaraq ərazidə mövcud olan ağacların qorunması və yaşıllıq zonasının daha da genişləndirilməsi, həmçinin ictimai zonanın yaradılması məqsədilə layihələndirmə işləri aparılmışdır.
Aparılan layihələndirmə işləri çərçivəsində ərazidə hündürlüyü 4-5 metr olan 1900 m2 hasar hörgüsü, 250 metr piyada səki daşları, 400 m2 tamet daşı düzülmüş, 15000 kub torpaq işləri görülmüş, 5220 m2 yaşıl çəmən örtüyü salınmış, 1260 ədəd sarmaşıq, 3000 ədəd həmişəyaşıl bəzək kolları, müxtəlif gül-çicək, ağaclar və dekorativ bitkilər əkilmiş, 1 ədəd söhbətgah, 22 ədəd oturacaqlar, 350 metr avtomatlaşdırılmış suvarma sistemləri quraşdırılmışdır.
Bundan əlavə Bakı-Sumqayıt yolunda körpünün sağ istiqamətində hündürlüyü 157 metr 1.8 metr olan hasar hörgüsü, 147 metr səki daşları düzülmüş, 1500 kub metr torpaq işləri 1025 m2 yaşıl çəməm örtüyü salınmış, müxtəlif növdə dekorativ ağac və kollar əkilmişdir.
2017-ci ilin 9 ayı ərzində 30660 ədəd müvtəlif növ bəzək gül-çişək kolları, 8750 m2 yaşıl çəmən örtüyü salınmış, 2975  ədəd müxtəlif  növ ağaclar əkilmiş, oturacaq və söhbətgahlar quraşdırılmışdır.
Əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə, H.Hüseynov küçəsi 37A ünvanında və Azadlıq prospekti 187 ünvanında “Pilot layihə” lər uğurla davam edir.
Hazırda Azadlıq prospekti 5 saylı yaşayış binasının sakinləri ilə “RELT HOUSE” MMC arasında öhdəlik müqavilələri imzalanmışdır. Belə ki, həmin binada 18 mənzil sahibi ilə müqavilə imzalanmış və 18 mənzil sahibinin kirayə evlərə köçürülməsi tam başa çatdırılmışdır.
Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailə ilə “Dərnəgül” MTK arasında qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi təmin edilməklə başqa yerə köçürülmüş və ərazidə mövcud olan tikililər tam sökülmüş, tikinti işlərinə başlanılmışdır.
Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,5 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi məqsədilə “İnam-İnşaat 555” MMC tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır. Hazırda tikinti işləri davam etdirilir
Bildiyimiz kimi Cənab Prezidentin ən mühüm tapşırıqlarından biri məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılmasıdır.
Bu tapşırığa uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.
2017-ci ilin 9 ayı ərzində  Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə  22 səyyar görüşü və 5  “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu  keçirilmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 3947 nəfər vətəndaş iştirak etmiş, 280  məsələ qaldırılmışdır    
2017-ci ilin 9 ayı ərzində vətəndaşlardan ümumilikdə 2612  müraciət daxil olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə  müqayisədə  4 vahid azdır.
Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən  2054-ü ərizə, 557-si  şikayət və 1-i təklif   olmuşdur.
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatına 2017-ci ilin 9 ay ərzində daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki, müraciətlərin əsasən 31,4%-i  şəhərsalma və tikinti məsələləri, 17,6%-i  mənzil məsələləri, 9,5%-i  sosial müdafiəsi məsələləri, 3,1%-i qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 2,3%-i  məişət məsələləri, 15,8%-i  şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar  20,3%-i  digər mövzular ilə əlaqədar olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 3084 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 203 vətəndaş qəbul edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2017- ci ilin 9 ayı ərzində üçün təsdiq edilmiş İş planına uyğun olaraq,  2017-ci ilin 9 ayı ərzində 26 Şura iclası keçirilmiş və 27 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
14 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 7-ci qrupunun üzvləri ilə görüş keçirildi. Fevral ayının 15-dən etibarən 10 nəfər gəncdən ibarət “ASAN könüllüsü” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamışdırlar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələrə istiqamətləndirilmişdirlər.
16 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərin  Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir  keçirilmişdir. Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak etmişdir. Məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə yaxından  tanış olmuşdurlar.
15 mart tarixində “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilmişdir. Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya Respublikasının səfirləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirliyi, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının diplomatları, “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi,  və digər qonaqlar yaxından iştirak etmişdirlər.
Müqəddəs bayramlar və digər tarixi hadisələr münasibətilə rayon ərazisində 2000-dən artıq ailəyə  humanitar yardım edilmişdir.
6 sentyabr tarixində Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edərək kənddə yeni inşa edilmiş məscidlə və 96 şagird yerlik məktəblə tanış olunmuş, məktəb və şagirdlərə humanitar yardım edilmişdir.
13 sentyabr 2017-ci il tarixində Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “İlin 105 Qızıl Beyni” adlı elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rayon icra hakimiyyətlərində İctimai-siyasi və təbliğat işlərinin təşkilinə dair tövsiyələrindən irəli gələn vəzifələrin icrası məqsədilə 31 May 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında “Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər”ə həsr olunmuş Şura iclası keçirilmişdir.  Şura iclasında Binəqədi rayonunda ideoloji işin təkmilləşdirilməsi ilə bağlı 66 bənddən  ibarət Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planından irəli gələrək, Ümummilli lider Heydər Əliyev irsinin, ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, yaşayış yerlərində öyrənilməsi və təbliği məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətində ictimai-siyasi və təbliğat işinin təşkilinə dair “Təbliğat –təşviqat ” Qrupu yaradılmışdır.  Bununla yanaşı “Təbliğat- təşviqat” Qrupunun əsasnaməsi və fəaliyyət istiqamətləri haqqında metodik tövsiyələr hazırlanmışdır.
Məlum olduğu kimi, Azərbaycan inkişafın bütün istiqamətləri üzrə öz modelini ortaya qoymaqdadır. Ölkəmiz olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Beləliklə, Paytaxt Bakı növbəti dəfə möhtəşəm idman yarışlarından birinə ev sahibliyi etdi. Binəqədi rayonu, Bakı Atıcılıq Mərkəzində Azərbaycan Atıcılıq Federasiyasının və Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə Atıcılıq üzrə Avropa çempionatı və Buenos - Aires 2018 Gənclər Olimpiya Oyunlarının seçim turunun açılış mərasimi keçirildi.
Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 419 tədbir keçirilmişdir.  Belə ki, Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 28,  Gənclər və İdman sahəsində 133, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 258 tədbir keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin 9 ay ərzində daxil olan zənglər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı-25285, birbaşa cavablandırılmış zənglərin sayı – 20426,  yaradılmış əks əlaqələrin sayı– 5730, günlük orta zəng sayı – 92, tərtib edilmiş şikayət vərəqələrinin sayı –  4859  olmuşdur.
İcrası təmin edilmiş şikayət xaraqterli 4859  müraciətin, 3761-i və ya 77,4 %-i tam həll olunmuş, 563-ü və ya 11,6 %-i qismən həll edilmiş, 535-i və ya 11 %-i müvafiq izahat verilərək həll edilmiş.
Daxil olmuş şikayətlərin 1935-i və ya 39.8 %-i qaz təchizatı, 1877-si və ya 38,6 %-i su-kanalizasiya, 112-si və ya 3,1 %-i istilik təchizatı,  390-nı və ya 8 %-i lift problemləri, 165-i və ya 3,4 %-i sakinləri narahat edən digər məsələlər, 131-i və ya 2,7 %-i elektrik təchizatı, 105-i və ya 2,2 %-i zibil və tullantılar ilə əlaqədar, 46-sı və ya 0,9 %-i isə küçələrin işıqlandırılması idarəsi, 40-ı və ya 0,8 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olmuşdur.Xidmətə daxil olan təşəkkürlərin sayı isə 193 olmuşdur.
Yuxarıda göstərilənlərlə yanaşı rayon ərazisində aşağıdakı qaydada hal-hazırki dövrə bir sıra zəruri problemlər mövcuddur:
- Uzun müddət istismarda olan çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, girişlərinin, zirzəmilərinin, su və kanalizasiya xətlərinin, pilləkən qəfəslərinin, istilik sistemlərinin təmirinin davam etdirilməsi;
- Çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləşdirilməsi və müasirləşdirilməsi işlərinin davam etdirilməsi;
- Rayonun Biləcəri, Binəqədi, Rəsulzadə, Xocasən və 28 May qəsəbələrində qəsəbədaxili yolların asfaltlandırılması və işıqlandırılması işlərinin davam etdirilməsi;
- Rayonun qəsəbələrində su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi;
- Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi 23 “A” və S.S.Axundov küçəsi 8 saylı binaların qarşısında 27 yaşayış binasını, 2 məktəbi və 1 səhiyyə obyektini istiliklə tam təchiz etməsi nəzərdə tutulan 2 ədəd istilik qazanxanasının tikintisinə və M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən 5 ədəd çoxmərtəbəli binaların istilik sistemlərinin  və əvvəllər bu binalara xidmət etmiş, hazırda istifadəsiz vəziyyətdə Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan qazanxana binasında qazanxananın bərpasına ciddi ehtiyac var.
Nazirlər Kabinetində keçirilmiş iclasda cənab Prezident, regionların, qəsəbələrin inkişafına dair Dövlət Proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusi ilə qeyd etmişdir. Möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xəttlərinin çəkilişinin, Taxılçılığın, pambıqçılığın inkişafı, Qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayelərin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır. Həmçinin cənab Prezident, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi, sənaye istehsalının inkişafı, məşğulluğun artırılması, özünəməşğüllüq proqramının icrası, ABAD mərkəzlərinin yaradılmasının əhəmiyyətini, ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini,  özəl sektorun dəstəklənməsi istiqamətində işlərin gücləndirilməsi ilə əlaqədar müvafiq tövsiyələrini vermişdir. 
Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.
Keçidlər