Yeniyetmələrin nəzarətsizliyi və baxımsızlığının aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi davam edir
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi”nə dair 31.05.2017-ci il tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş Tədbirlər Planın 54-cü bəndinin icrası ilə əlaqədar olaraq, yeniyetmələrin nəzarətsizliyi və baxımsızlığının aradan qaldırılması istiqamətində Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Belə ki, yetkinlik yaşına çatmayan Quliyev Aslan Əfsər oğlunun avaralıq və dilənçiliklə məşğul olmasına dair Komissiyaya daxil olmuş məlumata əsasən, vətəndaş Quliyeva Təzəgül Təşkilat qızı və onun 14.03.2008-ci il təvəllüdlü övladı Aslan Quliyev 18 oktyabr 2017-ci il tarixində komissiyaya dəvət olundular. Komissiyanın məsul katibi Aynur Abbasova və həmin komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev tərəfindən onlarla “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının 24 may 2005-ci il tarixli Qanununun tələblərinə əsasən profilaktik söhbət aparıldı.
İşə baxılmasının nəticəsi olaraq, komissiya tərəfindən yetkinlik yaşına çatmayanın valideyni barəsində Azərbaycan Respublikasının İXM-nin 189.1-ci maddəsinə əsasən, ailənin sosial vəziyyəti və onun səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınaraq, “xəbərdarlıq” növündə inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edildi. Eyni zamanda Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 9-cu maddəsinə əsasən, yetkinlik yaşına çatmayan Quliyev Aslan Əfsər oğluna xəbərdarlıq edildi. Vətəndaş Quliyeva Təzəgül Təşkilat qızı və onun övladı Quliyev Aslan Əfsər oğluna gələcəkdə eyni əməllər təkrar törədiləcəyi təqdirdə onların barəsində daha sərt təsir tədbirlərinin tətbiq ediləcəyi izah edildi.