Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin 6 ayı

 
Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2017-ci ilin birinci yarımilliyində apardığı işlərin hesabatı

Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 24 iclası keçirilmiş, həmin iclaslarda 24 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Qəyyumluq və himayəçilik komissiyasının 71 iclası keçirilmiş və komissiyanın iclaslarında 103 məsələ müzakirə edilmişdir.
Belə ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın icraatına yetkinlik yaşına çatmayanların müxtəlif hüquq pozuntuları törətmələri barədə 24 material daxil olmudur ki, həmin məsələlər komissiya iclasına çıxarılaraq baxılmışdır. Bunlardan 4-ü yetkinlik yaşına çatmayanların təhsildən yayınması, 4-ü məktəbdə nizam-intizam qaydalarının pozulması, 3-ü uşaq əməyinin istismarı, 1-i xırda xuliqanlıqla bağlı, 1-i avaralıq və dilənçiliklə bağlı, 11-i digər məsələlərlə bağlı olmuşdur. Həmin məsələlərə komissiya iclasında baxılaraq yetkinlik yaşına çatmayanlar, habelə onların valideynləri barəsində "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə" nin 9-cu və 10-cu maddələrinə əsasən intizam təsiri tədbiri qismində xəbərdarlıq edilmələri barədə, habelə 2 nəfər valideynin üzürlü səbəblər olmadan valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi ilə cərimə edilmələri barədə qərarlar qəbul edilmişdir. 
YYÇ-lar üçün reabilitasiya mərkəzində olan vəziyyət:
Binəqədi rayonunun inzibati ərazisində Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində 24 saat ərzində Uşaq sığınacağı-Reinteqrasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurbanı olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir. Mərkəzdə küçədə yaşayan, kimsəsiz, baxımsız və s. bu qəbildən olan uşaqlara sosial, psixoloji hüquqi yardımın göstərilməsi, onların sığınacaqla, təhsillə, paltarla, qida ilə, asudə vaxtının təşkili ilə bağlı və s. zəruri xidmət və mallarla təmin edilmələri həyata keçirilir.
Belə ki,  hal-hazrda sığınacaqda 31 uşaq 4 valideyn yaşayır (20 qız, 11 oğlan). Sığınacaqda yaşayanlar reabilitasiya proqramına cəlb edilir, həmin müddətdə onlara hüquqi, psixoloji yardım göstərilir, bütün ehtiyacları qarşılanır. Məktəb yaşlı uşaqlar Binəqədi rayonu 246 saylı orta məktəbdə təhsil alır, məktəbəqədər yaşda olan sığınacaq sakinləri üçün yaradılan “Çərpələng” məktəbəqədər təhsil kursunda musiqi, art-terapiya, məntiq, rəsm saatları təşkil olunur. Hazırlıq saatlarını “Çərpələng” məktəbəqədər təhsil kursunu könüllü müəllimləri tədris edir.  Sığınacağın psixoloqu tərəfindən mütəmadi olaraq hər bir uşaq üçün (3 yaşdan yuxarı) fərdi plan əsasında reabilitasiya proqramı hazırlanır. Qrup terapiyası zamanı məntiqi təfəkkürün inkişafı üçün oyunlar hazırlanır. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün uşaq tamaşalarına, uşaq əyləncə mərkəzlərinə, cizgi filmlərinin nümayiş olunduğu kinoklublara, parklara aparılır.
YYÇİ və HM üzrə komissiya tərəfindən YYÇ-ların hüquqlarının qorunması ilə bağlı aşağıdakı işlər aparılmışdır:
Hesabat dövründə mütəmadi olaraq, komissiya üzvləri rayon ərazisində fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrində olmuş, yetkinlik yaşına catmayanlar arasında tərbiyə işinin təşkilini yoxlamışlar. Komissiya yeniyetmələrlə bağlı problemləri daima diqqət mərkəzində saxlamış, mütəmadi olaraq Rayon Polis İdarəsinin YYÇ-la profilaktiki işin TB-nin inspektorları ilə planlaşdırılmış qaydada tədbirlər həyata keçirmişdir. Məktəblərdə uşaqların tam orta təhsil alması da komissiyanın nəzarətində olmuşdur. Məktəb rəhbərləri ilə görüşlər keçirilmiş və onlarla şagirdlərin təhsili başa vurmadan oxuduqları məktəblərdən kənarlaşdırılmalarının yolverilməzliyi barədə ciddi söhbət aparılmışdır. Qanunla ziddiyətdə olan yetkinlik yaşına çatmayanların komissiyada işlərinə baxılarkən “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikası Qanununun” 6-cı və 17.2.1-ci maddələrinə əsasən fərdi profilaktik işin aparılaraq uçota götürülmələri üçün daxili işlər orqanlarına göndərilmişlər. Binəqədi rayon ümumtəhsil məktəbləri rəhbərlərinin müraciətləri əsasında komissiya üzvləri tərəfindən təhsildən yayınan, məktəbin nizam-intizam qaydalarını pozan şagirdlərlə profilaktik söhbət aparılmış, zərərli vərdişlərdən uzaq olmaları, təhsildən yayınmanın yolverilməzliyi, təhsilin önəmi və cəmiyyətdə davranış qaydalarına riayət edilməsi barədə maarifləndirici söhbət aparılmışdır. 
Daxili işlər orqanları xətti ilə aparılan işlər:
Hesabat dövründə Rayon Polis İdarəsindən alınmış hesabata əsasən yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin inspektorları tərəfindən reydlər keçirilmişdir. Müxtəlif qanun pozuntularına görə 54 nəfər yeniyetmə və azyaşlı bölmələrə gətirilmiş, onlarla profilaktik söhbətlər aparılmış, valideynlərə təhvil verilmişdir. Azyaşlı və yeniyetmələr arasında hesabat dövrü ərzində 14 cinayət hadisəsinin törədilməsi faktı qeydə alınmışdır. Rayon Polis İdarəsinin müvafiq bölmələri tərəfindən həmin bölmələrin ərazisində olan məktəblərdə pozğun həyat tərzi keçirmə, narkomaniyaya meyillik və dərsdən yayınma halları ilə əlaqədar şagirdlərlə profilaktik söhbətlər aparılmış və mühazirələr oxunmuşdur. Məktəblərdə son zənglə əlaqədar bütün YYÇ inspektorları yaxından iştirak edərək, hər bir qanun pozuntusunun qarşısını almaq məqsədi ilə əvvəlcədən profilaktik tədbirlər keçirmişlər.
Yetkinlik Yaşına Çatmayanlarla Profilatktik İşin Təşkili Bölməsində:
Keçirilən reydlərin sayı – 33;
Bölmələrə gətirilən azyaşlıların sayı – 54 nəfər;
Qeydiyyatda olan yetkinlik yaşına catmayanların ümumi sayı – 6 nəfər;
Qeydiyyata götürülənlərin sayı – 6 nəfər;
Qeydiyyatdan çıxarılan –8 nəfər;
Törədilmiş cinayət hadisələri–  14 cinayət hadisəsi
YYÇ-nin əməyinin istismarı - 2 nəfər;
YYÇ-yə qarşı törədilən cinayətlər - 10
Keçidlər