Şriftin ölçüsü :

Saytın rəngi :

Elektron xidmətlər

Binəqədi rayonunun sakinlərinə elektron xidmətlər göstərilir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2013-cü il tarixli  145 nömrəli əmrinə əsasən, 2 dekabr 2013-cü il tarixdən Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, 8-ci mikrorayon (102 nomrəli MİS-in xidməti ərazisi) və 9-cu mikrorayon (92 nomrəli MİS-in xidməti ərazisi) ərazilərində yaşayan sakinlərə elektron xidmətlərin göstərilməsinə başlanılıb.
İlkin olaraq vətəndaşlara yaşayış yeri (o cümlədən, ailə tərkibi haqqında) və 2 nömrəli forma üzrə arayışların verilməsi nəzərdə tutulub.
Elektron arayışların verilməsinin reqlamenti aşağıdakı kimidir:
- Vətəndaş Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi veb səhifəsinin (binegedi-ih.gov.az) elektron xidmətlər bölümünə daxil olmaqla, elektron arayışları seçərək, adı, soyadı, atasının adı və doğum tarixini daxil edir və müraciətini göndərir. Vətəndaşın daxil etdiyi məlumatlar ev təsərrüfatlarının uçotu kitablarının elektron baza məlumatları ilə uyğunluq təşkil etdikdə, vətəndaş e-arayışı onlayn alaraq onu çap edir. Hər hansı səbəbdən onlayn arayışı almaq mümkün olmadıqda, vətəndaş qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət edə bilər.
Həftənin iş günləri ərzində saat 09.00-dan 13.00-dək edilmiş müraciətlər üzrə arayışlar həmin gün saat 18.00-dək alınır. Saat 13.00-dan sonra edilmiş müraciətlər növbəti iş günü saat 13.00-dək alına bilər.
2 nömrəli forma üzrə arayışlar isə müraciət göndərildiyi tarixdən iki iş günü müddətində alınır.
Gələcəkdə elektron xidmətlərin həmçinin, “Asan xidmət” mərkəzləri vasitəsi ilə də göstərilməsi nəzərdə tutulub.
Xidmətdən istifadə üçün saytın elektron xidmətlər bölməsinə keçməyiniz xahiş olunur.

Keçidlər