2017
2017-Cİ İLİN YANVAR-DEKABR AYLARINDA BİNƏQƏDİ RAYONUNUN SOSİAL, İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ
Sənaye. Rayon üzrə 306514,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 8,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 85,3 faiz təşkil etmişdir.
Nəqliyyat. 2017-ci ilin yanvar-dekabr aylarında nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 63583,3 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən 54,7 faiz çoxdur.
Rabitə. 2017-ci ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən 7626,5 min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün 74,8 faizini təşkil etmişdir.
Tikinti. 2017-ci ilin yanvar-dekabr aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 76131,4 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 64741,8 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artıqdır.
Ticarət. 2017-ci ilin yanvar-dekabr ayları ərzində rayonun pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,0 faiz artaraq 1410892,6 min manat olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 64,9 faizi ərzaq, 35,1 faizi isə qeyri-ərzaq məhsullarının payına düşmüşdur.
İaşə. 2017-ci ilin yanvar-dekabr ayları ərzində əhaliyə 67000,9 min manatlıq və ya 2016-cı ilin eyni dövrünün səviyyəsinin 88,8 faizi həcmində iaşə xidmətləri göstərilmiş, onların da 32,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 67,7 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxslərin payına düşmüşdür.
Ödənişli xidmət. 2017-ci ilin yanvar-dekabr aylarında əhaliyə 465854,7 min manat məbləğində ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artmışdır. Ödənişli xidmətlərin 87,3 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
Orta aylıq nominal əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2017-ci ilin yanvar-noyabr aylarında 431,0 manat və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artmışdır. Sənaye sahələrində çalışanların orta aylıq nominal əmək haqqı yanvar-noyabr aylarında keçən ilin müvafiq dövründən 9,7 faiz artaraq 502,8 manat, tikinti kompleksində isə 556,3 manat olmuşdur, keçən ilin müvafiq dövrünə nisbətən 36,7 faiz artmışdır.
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
|
2017-ci ilin
yanvar-dekabr ayları faktiki, min manat
|
2017-ci ilin yanvar-dekabr ayları 2016-cı ilin yanvar-dekabr aylarına
nisbətən,
faizlə
|
Məlumat üçün
2016-cı ilin yanvar-dekabr ayları 2015-ci ilin yanvar-dekabr
aylarına nisbətən, faizlə
|
Sənaye məhsulunun (işlərin,
xidmətlərin) ümumi həcmi
|
306514,4
|
108,2*
|
88,9* |
Əsas kapitala yönəldilən vəsaitlər
|
76131,4
|
114,1 | 27,8 |
Əsas kapitala yönəldilmiş ümumi investisiyadan tikinti-quraşdırma işləri |
64741,8
|
106,2 | 30,1 |
Yerinə yetirilmiş inşaat işlərinin həcmi |
272340,7
|
57,1 | 72,6 |
Nəqliyyat xidmətlərinin həcmi |
63583,3
|
154,7 | 76,4 |
İnformasiya və rabitə xidmətlərinin həcmi |
7626,5
|
74,8 | 101,9 |
Pərakəndə ticarət dövriyyəsi |
1410892,6
|
101,0 | 95,9 |
Əhaliyə göstərilən ödənişli xidmətlər |
465854,7
|
101,8 | 99,5 |
Bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı, manat (2017-ci ilin yanvar-avqust aylarında)
|
431,0
|
105,2 |
100,4
|
İşsizlik statusu verilmiş şəxslərin sayı (2017-ci il oktyabrın 1-nə, nəfər) |
1125
|
97,8 | 94,8 |
*) fiziki həcm indeksi