2017
T İ K İ N T İ
2017-ci ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda bütün maliyyə mənbələri hesabına 41990,0 min manat əsas fondlar istifadəyə verilmişdir.
2017-ci ilin yanvar-dekabr aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 96294,7 kv.metr istifadəyə verilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə çoxdur.
2017-ci ilin yanvar-dekabr aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 76131,4 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 45299,2 min manat (59,5 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 30832,2 min manat (40,5 faiz) sərmayə yönəltmişlər.
2017-ci ilin yanvar-dekabr aylarında 64741,8 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artmışdır.
2017-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 272340,7 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 57,1 faiz təşkil etmişdir.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin tikinti, yenudənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2017-ci ilin yanvar-dekabr aylarında 78369,0 min manat, əsaslı təmir 103489,5 min manat, cari təmir 31452,4 min manat sair tikinti işləri 59029,5 min manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 32,2 faiz, 83,0 faiz, 70,5 faiz və 91,3 faiz təşkil etmişdir.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 190432,5 min manat (69,9 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 81908,2 min manat (30,1 faiz) olmuşdur.
|
Əsas kapitala yönəldilmiş
investisiyalar
|
o cümlədən
tikinti-quraşdırma işləri
|
||
Cəmi,
min
manat
|
Əvvəlki ilin müvafiq
dövrünə nisbətən,
faizlə
|
Cəmi,
min
manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə
|
|
Binəqədi rayonu üzrə
|
76131,4
|
114,1
|
64741,8
|
106,2
|
|
Cəmi,
min manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
|
Binəqədi rayonu üzrə |
272340,7
|
57,1
|
İşçilərin orta siyahı sayı
|
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən,
faizlə
|
İşçilərin orta
aylıq əmək
haqqı
|
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən,
faizlə
|
|
Binəqədi rayonu üzrə |
3542
|
104,0
|
556,3
|
136,7
|
2017-ci ilin yanvar-noyabr aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz artaraq 3542 nəfər olmuş, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,7 faiz artaraq 556,3 manat təşkil etmişdir.