2018-ci ilin birinci rübü hesabatı
Binəqədi Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündəki fəaliyyətinə dair
HESABATI
Məlum olduğu kimi, 09 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Respublikanın rayon və şəhərlərinin sosial iqtisadi inkişafı üçün indiki dövrdə həyata keçirilən tədbirlər və gələcək dövrlərə hesablanmış, eyni zamanda bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq son illər ərzində tendensiya halına düşərək müsbət nəticələrini verməkdədir.
Belə ki, 2018-ci ilin 1-ci rübündə ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 3 faiz, kənd təsərrüfatı 4,2 faiz, xsusən də bitkiçilik 50 faizdən çox artmışdır.
Üç ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 2,2 milyard dollar səviyyəsində artaraq 44,2 milyard dollar səviyyəsinə çatmış, ticarət dövriyyəsi 31 faiz, İxracın həcmi isə 24 faiz artmışdır. Birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, bunların da 31 mini daimi iş yerləridir.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2018-ci ilin yanvar-mart ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2018-ci ilin yanvar-mart aylarında 72 mln 627 min manatlıq məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Rüb ərzində sənaye müəssisələrində 6559 nəfər işləmiş, keçən ilin müvafiq dövrünün 94,0 faizini təşkil etmişdir. Sənaye müəssisələrində orta aylıq əmək haqqı 494,0 manat olmuşdur.
Qeyd etmək istərdik ki, 2018-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 11 mln 091 min manat, rabitə müəssisələri tərəfindən isə 824 min manat həcmində xidmət göstərilmişdir.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 332 mln manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1,2 faiz artım deməkdir.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 10 mln 242 min manat əsas fondlar istifadəyə verilmişdir. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 615 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6.5% artım deməkdir .
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 98 mln 320 min manat təşkil etmişdir 2018-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən xidmətlərin 15%-i dövlət müəssisələrinin payına düşmüşdür.
ƏMƏK BAZARI ÜZRƏ
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 43436 nəfər olmuşdur. Dövlət sektorunda işçilərin orta aylıq sayı 17579 nəfər olmuş, qeyri-dövlət sektorunun payına isə 25857 nəfər düşmüşdür.
2017-ci il aprelin 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 2265 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. I rüb ərzində orta aylıq nominal əmək haqqı 436.1 manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2.6% artım deməkdir.
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 1062 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan da 665 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır ki, onlardan 952 nəfər işaxtaran vətəndaş müxtəlif sahələrdə daimi işlə təmin olunmuşdur.
Eyni zamanda qeyd etmək istərdik ki, əhalinin məşğulluğu barədə məlumatlar və qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi ilə əlaqədar Binəqədi Rayon Məşğulluq Mərkəzi tərəfindən işə ehtiyacı olan vətəndaşların qeydiyyata götürülərək, aidiyyəti vakant iş yerləri ilə təmin edilməsi prosesi davam edir. Görülən işlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən müəyyən olunmuş formaya uyğun olaraq, məlumatlar mütəmadi olaraq təqdim edilir.
Binəqədi rayonu ərazisində yanvar ayının 1-dən mart ayının 31-dək 1120 yeni iş yeri açılmış, 1120 şəxs işlə təmin olunmuşdur. O cümlədən rayon ərazisində abadlıq, mənzil fondunun əsaslı təmiri üzrə 220 nəfər, ağac əkimi və digər ictimai işlərə cəlb olunmaq üçün 900 nəfər vətəndaş işlə təmin olunmuşdur.
DSMF üzrə.
2018-ci ilin 3 ayı ərzində şöbə üzrə 35557 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 23422 nəfərinin yaşa görə ,9383 nəfərini əlilliyə görə , 2752 nəfərinin isə ailə başçısının itirməyə görə pensiya alanlar təşkil edir.
Rüb ərzində Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 28.3 milyon manat olmuşdur ki , bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği 265.7 manat təşkil etmişdir.
DSMF-nin Binəqədi rayon şöbəsinin nəzdində fəaliyyət göstərən sosial xidmət sektoru tərəfindən I rüb ərzində 233 nəfər tək ahıl vətəndaşa və əlilə təlimatın tələbinə uyğun olaraq 27 nəfər sosial xidmətçi tərəfindən xidmət göstərilmişdir.
DEMOQRAFİK VƏZİYYƏT
2018-ci il aprel ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 264 min 800 nəfər olmuşdur.
1 aprel 2018-ci il tarixə Binəqədi rayonunda 583 nəfərin doğumu və 279 nəfərin ölümü qeydə alınmış, təbii artım isə 304 nəfər təşkil etmişdir.
Cari ilin yanvar-mart aylarında 208 nikah və 94 boşanma halları qeydə alınmışdır.
Binəqədi rayonu ərazisində Respublikanın işğal olunmuş bölgələrindən olan 12658 ailə - 49176 nəfər məcburi köçkün faktiki məskunlaşmışdır.
ABADLIQ QURUCULUQ
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.
Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2018-ci ilin I rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.
Məlumat üçün qeyd edim ki, 2018-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisində mövcud olan çoxmənzilli yaşayış binalarının giriş və dam örtüklərində əsaslı təmir işləri davam etdirilmişdir. Belə ki, A.Kunanbayev küçəsi 10, 9/33 saylı və F.Məlikov küçəsi 4 saylı yaşayış binalarında təmir işlərinə başlanılmışdır.
Biləcəri qəsəbəsində 1250 kv.m, M.Ə.Rəsulzadə qəsəbəsində 15225 kv.m asfalt örtüyü salınmışdır. Hesabat dövrü ərzində 16505 kv.m asfalt örtüyü salınmışdır.
Mənzil fondunun yaxşılaşdırılması məqsədilə binalarda tüstü və ya hava kanalları tutulmuş mənzillərin siyahıları dəqiqləşdirilərək müvafiq işlərin həyata keçirilməsi istiqamətində mənzillərin tüstü və ventelyasiya kanallarına baxış keçirilmiş, 702 mənzildə tutulmuş tüstü kanalları təmizlənmişdir.
Hesabat dövrü ərzində məişət tullantıları konteynerləri cari təmir olunaraq bərpa edilmişdir. Xaric olan bərk məişət tullantılarının müvəqqəti toplanması üçün, yaşayış massivlərində 642 konteyneraltı meydança və 2257 ədəd konteynerdən istifadə olunur. Rayon üzrə xaric olan bərk məişət tullantılarının mütəmadi daşınması üçün ümumilikdə 76 ədəd xüsusi təyinatlı maşın və mexanizmlərdən (KAMAZ-KAO, MAN-KAO, MERSEDES-KAO və digər uyğunlaşdırılmış özüboşaldan maşınlardan) istifadə olunmaqla həyata keçirilir.
Azadlıq prospektində 2300, Biləcəri qəsəbəsində körpünün yaxınlığında 1500 ədəd, Rəsulzadə qəsəbəsində R.Aboyev parkında 200 ədəd Eldar şamı ağacı və 1770 ədəd gül, F.Hümbətov adına istirahət parkında 1000 ədəd, Biləcəri qəsəbəsində 1500 ədəd, Binəqədi qəsəbəsində 1815 ədəd müxtəlif növ gül-çiçək əkilmş, 600 kv.m yaşıl çəmən örtüyü salınmışdır.
2018-ci ilin I rübü ərzində 9885 ədəd müvtəlif növ bəzək gül-çişək kolları, 200 ədəd müxtəlif növ ağaclar əkilmiş, 600 m2 yaşıl çəmən otu salınmışdır.
Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2018-ci ilin I rübü ərzində 2825 p/m yeni qaz xətti çəkilmiş, 4 ədəd yeni ŞQTM, quraşdırılmış, 11 ədəd açıq tipli qazsızma aradan qaldırılmış, 12 ədəd istifadə olunmayan yararsız qoşulma nöqtəsi ləğv olunmuş, 3716 dəfə qaz tənzimləyici şkaflar təftiş edilərək texniki baxış keçirilmiş, 1252 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılmışdır. Müxtəlif xarakterli 11595 çağırış və şikayətlərə baxılmış və görülmüş zəruri tədbirlər nəticəsində nöqsan və iradlar aradan qaldırılmışdır. 635 ədəd mexaniki sayğaclar smart-kart tipli qaz sayğacları ilə əvəz edilmişdir. Eyni zamanda istismara yararsız qaztənzimləyici şkafların yeni müasir tipli qaztənzimləyici məntəqələrlə əvəz olunması qaztənzimləyici stansiyaların ətrafının abadlaşdırılması, yerüstü magistral qaz xətlərinin boyanması və bəzi yerlərdə əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün yeni qaztənzimləyici məntəqələrin quraşdırılması və siyirtmələrin təftiş olunması işləri həyata keçirilmişdir.
Rayon üzrə əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində 2018-ci ilin I rübü ərzində bir sıra zəruri əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda ümumilikdə 638 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 12 ədəd yeni siyirtmə quraşdırılmış, müxtəlif markalı 8 ədəd nasos təmir edilmiş, 13 ədəd müxtəlif markalı elektrik mühərriki təmir olunmuşdur. Hesabat dövrü ərzində əhalinin keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə müxtəlif ünvanlarda su xətlərində 1095 ədəd qəzanın qarşısı alınmış, kanalizasiya şəbəkəsində 1826 qəzanın qarşısı alınmış, 65 p/m kanalizasiya xətti dəyişdirilmiş, həmçinin 2802 p/m müxtəlif diametrli kanalizasiya xətti xüsusi təyinatlı texnika ilə, 14020 p/m xətt isə mexaniki üsulla təmizlənmiş, 6 ədəd kanalizasiya baxış quyusu quraşdırılmışdır.
2018-ci ilin I rübü ərzində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində ümumilikdə 530 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş, 500 metr istismara yararsız kabel xətti dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 3 ədəd cərayan transformatoru dəyişdirilmiş və transformator məntəqələri təftiş edilərək təmizlik işləri aparılmışdır. Ötən dövr ərzində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə rayon ərazisində mövcud olan transformator məntəqələrində elektrik qurğularına və avadanlıqlarına mütəmadi olaraq texniki xidmət göstərilmişdir.
2018-ci ilin I rübü ərzində əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində müxtəlif diametrli 592 metr məhəllədaxili istilik xətti xətti dəyişdirilmiş, 2 ədəd siyirtmə əsaslı təmir olunmuşdur. 84 ədəd qazan və 11 istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmişdir. Yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin qış mövsümündə 448 yaşayış binası, 12 məktəb, 9 uşaq bağçası, 7 səhiyyə müəssisəsi, 138 digər təyinatlı binalar istiliklə təmin olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında beş il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini, mənzil fondunun yenilənməsi və görülmüş işlər barədə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır.
Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə “RELT HOUSE” MMC, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 10 və 12 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə “Aztexno Kompani” MMC tikinti şirkətləri seçilmiş və şirkətlərlə Rayon İcra Hakimiyyəti arasında müvafiq qaydada müqavilə bağlanmışdır.
Hazırda Azadlıq prospekti 5 saylı yaşayış binasının sakinləri ilə “RELT HOUSE” MMC arasında öhdəlik müqavilələri imzalanmışdır. Belə ki, həmin binada 18 mənzil sahibi ilə müqavilə imzalanmış və 18 mənzil sahibinin kirayə evlərə köçürülməsi tam başa çatdırılmışdır. Həmin ərazidə yerləşən 7 və 9 saylı binanın sakinləri ilə müvafiq razılaşma işləri aparılır.
Tikiləcək 1 nömrəli binanın fasadında və girişdə suvaq və rənglənmə işləri davam etdirilir. 16 ədəd mənzildə elektrik və santexnika işləri aprılır. 2-ci binanın fasad və dmında suvaq, eyvanlarda hörgü işləri aparılır. Söküləcək 5 nömrəli bina aralarında temperatur tikişləri olmaqla 3 hissədən ibarətdir. 1-ci, 2-ci və 3-cü hissə tam sökülüb, inşaat tullanrıları daşınmışdır. 2-ci binada pəncərələr quraşdırılması yekunlaşdırılır. Şaxtada hörgü işləri aparılır, damda hörgü və betonlama işlərinə başlanılmışdır. 3-cü binanın 5-cü mərtəbə səviyyəsində armaturlama və qəlibləmə işləri yekunlaşmış və betonlama işlərinə başlanılmışdır.
Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,53179 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə “Dərnəgül” MTK tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır.
Hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailə ilə “Dərnəgül” MTK arasında qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi təmin edilməklə başqa yerə köçürülmüş və ərazidə mövcud olan tikililər tam sökülmüş, tikinti işlərinə başlanılmışdır. İnşa edilən 1 nömrəli binanın mansard mərtəbəsinin tikintisi başa çatdırılmışdır. Binada ara kəsmələr və xarici divarlar texniki mərtəbəyə qədər hörülmüş və 15-ci və 16-cı mərtəbələrdə mənzildaxili suvaq işləri və 16-cı mərtəbəyə qədər pəncərələr quraşdırılması başa çatdırılmışdır. Həmin binada mənzillərin giriş qapıları quraşdırılmış və girişlərdə tamamlama işlərinə başlanılmışdır. Pilləkanların üzlənməsi işlərinə başlanılmışdır. Binanın fasad hissəsində suvaq və rəngləmə işləri aparılır. Elektrik, santexnika və Lift quraşdırma işləri başa çatdırılmışdır.
Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,45118 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi məqsədilə “İnam-İnşaat 555” MMC tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır. Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim etmək üçün sənədləşdirilmə işləri davam etdirilir.
Bildiyimiz kimi Cənab Prezidentin ən mühüm tapşırıqlarından biri məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılmasıdır.
Bu tapşırığa uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.
2018-ci ilin 3 ayı ərzində Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 5 səyyar görüş və 1 “Açıq qapı” vətəndaş forumu çərçiv\sində növbəti səyyar qəbulu keçirilmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 1129 nəfər vətəndaş iştirak etmiş, 85 məsələ qaldırılmışdır.
2018-ci ilin 1-ci rübü ərzində vətəndaşlardan ümumilikdə 976 müraciət daxil olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 172 vahid və ya 21,4% çoxdur. Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 771-i ərizə və 205-i şikayət olmuşdur.
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatına 2018-ci ilin yanvar-mart aylarında daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki, müraciətlərin əsasən 31%-i şəhərsalma və tikinti məsələləri, 24%-i mənzil məsələləri, 7,2%-i sosial müdafiəsi məsələləri, 3,5%-i qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 3,8%-i məişət məsələləri, 12% şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar, 18,5% digər mövzular ilə əlaqədar olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 811 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 95 vətəndaş qəbul edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2018-ci il üçün təsdiq edilmiş İş planına uyğun olaraq, 2018-ci ilin I rübü ərzində 7 Şura iclası keçirilmiş və 9 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
İctimai-siyasi
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 yanvar 2018-ci il tarixində 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə Bakı Humanitar Kollecinin tələbə və gənc müəllimləri ilə görüş keçirildi.
“ASAN könüllüləri”nin növbəti 12-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb. 15 fevral tarixində “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 12-ci qrupun üzvləri ilə görüş keçirilmişdir.
07 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilmişdir.
10 martda Binəqədi rayonunda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş;
14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilmişdir.
19 mart tarixində “Cümhuriyyət ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Vətənimin seyrinə çağırıram elləri!" adlı tədbir keçirilmişdir.
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, martın 28-də Binəqədi Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Binəqədi rayonunun və Bilik Fondunun nümayəndə heyəti, Rayon Gənclər və İdman İdarəsinin və YAP Binəqədi rayon təşkilatının gənc fəalları, İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunmuşdur.
13 yanvar 2018-ci il tarixdə 2016-cı il aprel döyüşlərində qələbə tariximizin başlanğıc səhifəsinə adını qızıl hərflərlə yazan, Binəqədi qəsəbəsinin sakini olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü qeyd edilib. Belə ki, bu gün Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Rayon Gənclər Evində şəhid Fəxrəddin Qurbanlının ad günü ilə əlaqədar tədbir keçirilmişdir. 179 saylı tam orta məktəbin şagirdləri təfərindən hazırlanmış Fəxrəddin Qurbanlının həyat hekayəsi əks olunan "Şəhidim" filmi təqdim olunmuş, daha sonra isə bədii kompozisiya göstərilmişdir.
Rayon ictimaiyyətinin iştirakı ilə Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
02 fevral tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilmişdir. Həmçinin Xocalı şəhərindən olan sakinlərlə görüş keçirilmiş və 120 aztəminatlı və şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması paylanılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyi və 6 №li Uşaq Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “2 Fevral Gənclər Günü” qeyd edilmişdir.
22-23 fevral 2018-ci il tarixlərdə Binəqədi rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binəqədi RİH-də təcrübə keçən ASAN könüllülərinin və şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyasıtəşkil edilmişdir.
Binəqədi Rayonunun ictimaiyyəti fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevralın 12-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmış və fevral-mart ayları ərzində rayon əhalisindən 106280 nəfəri tibbi müayinədən keçmişdir.
Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 131 tədbir keçirilmişdir. Belə ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 29, Gənclər və İdman sahəsində 40, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 62, tədbir keçirilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidmətinə 2018-ci ilin 1-ci rübü ərzində daxil olan zənglər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı-8701, birbaşa cavablandırılmış zənglərin sayı – 7180, yaradılmış əks əlaqələrin sayı–1844, günlük orta zəng sayı – 97, tərtib edilmiş şikayət vərəqələrinin sayı –1521olmuşdur.
İcrası təmin edilmiş şikayət xaraqterli 1521 müraciətin, 1247-ü və ya 82%-i tam həll olunmuş, 153-u və ya 10%-i qismən həll edilmiş, 121-i və ya 8%-inə müvafiq izahat verilərək həll edilmiş.
Daxil olmuş şikayətlərin 560-ı və ya 36,8%-i qaz təchizatı, 456-sı və ya 30%-i su-kanalizasiya, 198-i və ya 13 %-i istilik təchizatı, 128-i və ya 8,5 %-i lift problemləri, 59-u və ya 3,9 %-i sakinləri narahat edən digər məsələlər, 60-ı və ya 3,9 %-i elektrik təchizatı, 18-i və ya 1,2 %-i zibil və tullantılar ilə əlaqədar, 27-si və ya 1,8 %-i isə küçələrin işıqlandırılması idarəsi, 4-ü və ya 0,2%-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olmuşdur. Xidmətə daxil olan təşəkkürlərin sayı isə 57 olmuşdur.
Hörmətli yığıncaq iştirakçıları!
Yuxarıda göstərilənlərlə yanaşı rayon ərazisində aşağıdakı qaydada hal-hazırki dövrə bir sıra zəruri problemlər mövcuddur:
Problemlər!!
- Qəsəbələrdə su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması;
- Dərnəgül yaşayış sahəsində yerləşən qəzalı yataqxana binalarında 1000-ə yaxın məcburi köçkünün məskunlaşması;
- Biləcəri qəsəbəsində əvvəllər dəmir yolunun balansında olmuş uzun illər istismarda olan çoxmərtəbəli yaşayış binalarının girişlərinin, dam örtüklərinin, zirzəmidəki su, kanalizasiya və istilik xətlərinin təmirə ehtiyacının olması;
- Çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləşdirilməsi və müasirləşdirilməsi işlərinin davam etdirilməsi;
- Qəsəbədaxili yolların təmirə ehtiyacın olması:
Nazirlər Kabinetində keçirilmiş iclasda cənab Prezident, regionların, qəsəbələrin inkişafına dair Dövlət Proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusi ilə qeyd etmişdir. Möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xəttlərinin çəkilişinin, Taxılçılığın, pambıqçılığın inkişafı, Qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayelərin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır. Həmçinin cənab Prezident, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi, sənaye istehsalının inkişafı, məşğulluğun artırılması, özəl sektorun dəstəklənməsi istiqamətində işlərin gücləndirilməsi ilə əlaqədar müvafiq tövsiyələrini vermişdir.
Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.