Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin birinci rübü

Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyanın 2017-ci ilin birinci yarım illiyində apardığı işlərin hesabatı

Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 71 iclası keçirilmiş və komissiyanın iclaslarında 103 məsələ müzakirə edilmişdir.
Belə ki, Qəyyumluq və  Himayəçilik komissiyasının icraatına məhkəmələrdən uşaqların tərbiyəsi barədə mübahisələrə baxılması ilə bağlı rəy verilməsi üçün 82 mülki iş daxil olmuşdur ki, bunlardan 61-i üzrə rəy verilmiş, 5-i rəy verilmədən məhkəməyə qaytarılmış,  16-ı icraatdadır. Daxil olmuş mülki işlər əsasında iclasda 61 məsələ müzakirə edilmiş və müvafiq rəylər qəbul edilərək məhkəmələrə göndərilmişdir. (28-i uşaqla ünsiyyət, 8-i digər valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması, 2-i valideynlik hüquqlarından məhrumetmə, 10-u övladlığa götürmə, 2-i övladlığa götürmənin ləğv edilməsi, 32-i uşaq tələbi) ilə bağlıdır.
Həmçinin Qəyyumluq və himayəçilik komissiyasının icraatına uşaqlar üzərində qəyyumluq və himayə təyin edilməsi ilə bağlı 12 müraciət (bunlardan 12 məsələ iclasa çıxarılaraq 10-u müsbət, 2-i əsassız hesab edilmiş); nənə, baba və digər qohumların uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı 7 müraciət (bunlardan 7-i məsələ iclasa çıxarılaraq müvafiq qərarlar qəbul edilmiş); nikaha daxil olmaq istəyən nikah yaşına çatmamış şəxslərin nikah yaşının azaldılması ilə bağlı 1 müraciət (komissiya iclasına çıxarılmış və müsbət həll edilmiş); yetkinlik yaşına çatmayanların mülkiyyət hüquqları olduğu əmlaka dair əqdlərin bağlanmasına razılıq verilməsi barədə 3 müraciət (komissiya iclasına çıxarılaraq müsbət həll edilmiş; müvafiq uşaq müəssisəsindən övladlığa uşaq götürməyi arzu edən şəxs qismində ilkin uçota alınması barədə 3 müraciət (komissiya iclasına çıxarılaraq 2-i müsbət, 1-i üzrə müvafiq izahat verilmiş); yetkinlik yaşına çatmayanların ad və soyadının dəyişdirilməsi barədə 11 müraciət (komissiya iclasına çıxarılaraq 9-u müsbət həll edilmiş, 2-i əsassız hesab edilmiş); valideyn himayəsindən məhrum olmuş uşaqların müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi barədə 4 müraciət (komissiya iclasına çıxarılaraq müsbət həll edilmiş); müvafiq uşaq müəssisəsindən uşağın ailəyə qaytarılması barədə 1 müraciət (komissiya iclasına çıxarılaraq müsbət həll edilmişdir).

Keçidlər