Binəqədi Gənclərinin I Liderlik Məclisi
Əziz Binəqədi gəncləri!
Binəqədi Rayon İcra Hakimiyyəti 22-26 mart 2014-cü il tarixlərində Novxanı “Af Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzində Binəqədi rayonundan (qeydiyyatı və ya faktiki yaşayış) olan tələbələr üçün “Binəqədi Gənclərinin I Liderlik Məclisi” təşkil edir. Liderlik Məclisində iştirak etmək istəyənlər 10 mart 2014-cü il tarixədək ərizə formasını doldurub binegedi.liderlikmeclisi@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
Liderlik Məclisində Sizi gözləyir:
- Beynəlxalq sertifikatlı təlimçilər tərəfindən aparılan təlimlər;
- İntellektual oyunlar;
- Əyləncə;
- Yeni dostlar;
- Qiymətli hədiyyələr və s.
Əlavə məlumat üçün, 562 48 32 (daxili: 545) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.