Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət satınalmaları

Açıq tender - 01.07.2019


Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayonu, Ayna Sultanova adına parkda yenidənqurma işlərinin satınalınması üçün Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir.
    Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı:
Lot 1 :300 AZN
Bank rekvizitləri:
Hesab: AZ77CTRE00000000000002517631
VÖEN: 1401555071
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 15.07.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 26.07.2019 18:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 29.07.2019 14:30 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


E-şərtlər toplusunu 01.07.2019 16:46 tarixindən sonra əldə edə bilərsiniz

 

Açıq tender - 13.06.2019-cu il

Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayonu, Ayna Sultanova adına parkda yenidənqurma işlərinin satınalınması üçün Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir.
       Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

   -iddiaçının analoji işlərdə təcrübəsi olmalı;
         -iddiaçının istehsal-texniki imkanları olmalı;
         -maliyyə durumu qənaətbəxş olmalı;
         -texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə şəriştəsinə malik olmalı;
         -vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Tender - 1 Lot üzrə keçrilir.
      Tenderdə  iştirak etmək istəyənlər 300 (üç  yüz) manat  iştirak  haqqını  göstərilən  hesaba köçürdükdən  sonra Azərbaycan dilində tərtib olunmuş “Tenderin əsas şərtlər toplusu”nu aşağıdakı ünvandan əldə edə bilərlər: 

   Bakı şəhəri, Binəqədi r-nu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti
         Əlaqələndirici şəxs: Şahin Musayev, tel: 562-48-32 (daxili nömrə: 534)
         Bank rekvizitləri:
         Dövlət Xəzinədarlıq Agentliyi
         Kod: 210005
         VÖEN: 1401555071
         M/hesabı: AZ41NABZ01360100000000003944
         SWIFT: CTREAZ22
         Alan: Binəqədi Rayon İcra Hakimiyyəti
         VÖEN:1000323341
         H/hesabı: AZ77CTRE00000000000002517631
         Ödənişin təyinatı mütləq göstərilməlidir!
         XHK -2517631; Büdcə səviyyəsinin kodu 7y; İqtisadi təsnifat: 142340.

 İddiaçı “Tenderin əsas şərtlər toplusu”nda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir. İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

   - tenderdə iştirak etmək üçün yazılı müraciət;
      - iddiaçının tam adı, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
         - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
      - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keşmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
         - tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
         - tender təklifi qiymətinin 1(bir) faizi həcmində təklifin təminatı;
         - xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 iyul 2019-cu il saat 18.00-dək, tender teklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 26 iyul 18.00-a qədər Binəqədi Rayon İcra Hakimiyyətinə (ünvan: Bakı şəhəri, Binəqədi r-nu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklif zərfləri 29 iyul 2019-cu il saat 14:30-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
     Tender təklifinin qüvvədə olma müddəti tender prosedurunun başlandığı gündən etibarən ən azı 30(otuz) bank günü t təşkil etməlidir.
     Tender təklifinin təminatı tender prosedurunun başlandığı gündən etibarən ən azı 60 (altmış) bank günü (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir.
      Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
  Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

 

Açıq tender - 01.05.2019-cu il

    • lot 1 - Nəqliyyat vasitələri
    • lot 2 - xüsusi texnikanın alınması
    Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179. (Əlaqələndirici şəxs : YƏHYA ƏLİYEV İKRAM OĞLU, telefon : 012-562-48-32 (dax.nömrə 526)) ünvanından ala bilərlər.
İştirak haqqı:
    • lot 1 - 100 AZN
    • lot 2 - 100 AZN
    Bank rekvizitləri:
    • Hesab: AZ77CTRE00000000000002517631
    • VÖEN: 1401555071
    • Bank: Dövlət Xəzinədarlığı Agentliyi büdcə səviyyəsinin kodu 7 y, iqtisadi təsnifat 142340
    • Kodu: 210005
    • M/H: AZ41NABZ01360100000000003944
    • S.W.İ.F.T: CTREAZ22
    İştirak haqqı heç bir halda geri qaytarılmır.
    İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
    • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
    • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
    • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
   • 4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
   • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
    • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
    • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
    • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
   Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.05.2019-cu il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.06.2019-cu il saat 17:00-a qədər Binəqədi Rayon İcra Hakimiyyəti Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 179. ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 04.06.2019-cu il (saat 11:30) tarixində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti-179 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Keçidlər