2019-cu il I rübə dair hesabat
Binəqədi Rayon İcra Hakimiyyətinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
HESABATI
Məlum olduğu kimi, 30 aprel 2019-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Respublikanın rayon və şəhərlərinin sosial-iqtisadi inkişafı üçün indiki dövrdə həyata keçirilən tədbirlər və gələcək dövrlərə hesablanmış, eyni zamanda bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq son illər ərzində tendensiya halına düşərək müsbət nəticələrini verməkdədir.
Belə ki, 2019-cu ilin 1-ci rübü ərzində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, kənd təsərrüfatı 3,6 faiz artmışdır.
Rübün yekunu üzrə ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulmuş, əhalinin pul gəlirləri 5,5 faiz artmışdır.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2019-ci ilin 1-ci rübü ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 80 mln 493 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Qeyd etmək istərdik ki, 2019-cu ilin yanvar- mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 17 mln 156 min manat, rabitə müəssisələri tərəfindən isə 573 min manat həcmində xidmət göstərilmişdir.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 412 mln 672 min manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 14.2 faiz artım deməkdir.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 8 mln 483 min manat əsas fondlar istifadəyə verilmişdir. Dövr ərzində Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 15 mln 669 min manat məbləğində vəsait yönəldilmişdir .
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 154 mln 162 min manat təşkil etmişdir. 2019-cu ilin yanvar-mart aylarında əhaliyə göstərilən xidmətlərin 9,8%-i dövlət müəssisələrinin payına düşmüşdür.
ƏMƏK BAZARI ÜZRƏ
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 46671 nəfər olmuşdur. 2019-cu ilin aprel ayının 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 1600 yeni iş yeri açılmışdır. İl ərzində orta aylıq nominal əmək haqqı 456.7 manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4.7% artım deməkdir.
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə Rayon Məşğulluq Mərkəzinə 2217 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan da 1894 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 1143 nəfər işaxtaran vətəndaş müxtəlif sahələrdə daimi işlə təmin olunmuşdur.
Eyni zamanda qeyd etmək istərdik ki, əhalinin məşğulluğu barədə məlumatlar və qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi ilə əlaqədar Binəqədi Rayon Məşğulluq Mərkəzi tərəfindən işə ehtiyacı olan vətəndaşların qeydiyyata götürülərək, aidiyyəti vakant iş yerləri ilə təmin edilməsi prosesi aparılmışdır. Görülən işlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən müəyyən olunmuş formaya uyğun olaraq, məlumatlar mütəmadi olaraq təhlil edilirək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunur.
DSMF üzrə.
2019-cu ilin 1-ci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsi üzrə 35787 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 23293 nəfərini yaşa görə, 9627 nəfərini əlilliyə görə , 2867 nəfərini isə ailə başçısını itirməyə görə pensiya alanlar təşkil edir.
Rüb ərzində Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 29 mln 271 min manat olmuşdur ki , bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 641min 235 manat çoxdur. Rayon üzrə orta pensiya məbləği 273 manat təşkil etmişdir.
DSMF-nin Binəqədi rayon şöbəsinin nəzdində fəaliyyət göstərən sosial xidmət sektoru tərəfindən il ərzində 216 nəfər tək ahıl vətəndaşa və əlilə təlimatın tələbinə uyğun olaraq 27 nəfər sosial xidmətçi tərəfindən xidmət göstərilmişdir.
Aprelin 1-i vəziyyətinə Binəqədi Rayon ərazisində əhalinin sayı 265833 nəfər təşkil edir.
Binəqədi rayonu ərazisində Respublikanın işğal olunmuş bölgələrindən olan 13632 ailə - 49587 nəfər məcburi köçkün faktiki məskunlaşmışdır.
ABADLIQ QURUCULUQ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.
Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2019-cu ilin 1-ci rübü ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.
Belə ki, I rüb ərzində 17 yaşayış binasının 96 girişində, o cümlədən 7-ci mikrorayon A.Kunanbayev küçəsi 3 saylı, A.Kunanbayev küçəsi 5/13 saylı, və 5 v saylı, 8-ci mikrorayon Ə.Naxçıvani 24 saylı , 24a saylı, 26 saylı və 26 a saylı, 9-cu mikrorayon 41, 43, 45, 47, 51, 53, 55 saylı, 6-cı mikrorayon İ.Həşimov küçəsi 8 saylı, Ü. Hacıbəyov küçəsi 2/10 saylı və 1410-cu keçiddə 4 saylı yaşayış binalarının girişlərində təmir işləri aparılır. Aparlan təmir işləri zamanı girişlərdə yeni dəmir qapılar quraşdırlması, boyaq işləri aparlması, tutacaqların rənglənməsi və giriş pəncərələrin yeni plastik pəncərələrlə əvəz edilməsi, 1-ci mərtəbədə girişlərin işıqlandırılması nəzərdə tutulmuşdur. Eyni zamanda 7-ci mkrorayon, A.Kunanbayev küçəsi 3 saylı binanın 2100 m2 yumşaq dam örtüyü və 224 m2 fasadında əsaslı təmir işləri aparılır.
Rüb ərzində 6-cı mkr. İ.Həşimov küçəsi 8, 7-ci mkr. A.Kunanbayev küçəsi 5/13, 9-cu mkr. M.Cəlal küçəsi 47 saylı binanın həyətinin abadlaşdırılmasına başlanılmışdır.
207 saylı binanın həyəti abadlaşdırılmışdır. Abadlaşdırılan həyətdə 3 ədəd günlük, 1 ədəd yelləncək, 4 ədəd uşaq əyləncə-idman qurğuları və 15 ədəd urna quraşdırılmış, 670 kv.m yaşıl çəmən örtüyü salınmış, 120 ədəd müxtəlif növ ağaclar əkilmişdir.
Ayna Sultanova adına parkının yenidən qurulmas işlərinə başlanlmış və hazırda torpaq-betonlama işləri aparılır.
Azadlıq prospekti “Enesko” parkında, Z.Əliyeva parkında, 9-cu mikrorayon ərazisində, Biləcəri qəsəbəsində 20 Yanvar, Milli Qəhrəmanlar parknda və Sumqayıt şosesində, Rəsulzadə qəsəbəsində Məlikov adına xəstəxananın qarşısında, Binəqədi qəsəbəsində, Binəqədi şosesində, , Biləcəri qəsəbəsində, mikrorayonlar ərazisində, R.Aboyev parkında, Denderoloji parkda və digər ərazilərdə müvtəlif növ bəzək gül-çiçək kolları, ağaclar əkilmişdir.
Ümumilikdə, 2019-cu ilin I rübü ərzində 1713 ədəd müvtəlif növ bəzək gül-çiçək kolları, 2935 ədəd müxtəlif növ ağaclar əkilmiş, 2440 m2 yaşıl çəmən otu salınmışdır.
Aparılan abadlıq işləri zamanı rüb ərzində 6, 7, 8, 9-cu mikrorayonlar ərazisində, M.Ə.Rəsulzadə qəsəbəsində Z.Qəmbərov küçəsində, Baksol yaşayış massivində, Xocəsən qəsəbəsində, Biləcəri qəsəbəsində, 28 May qəsəbəsində, Z.Əliyeva adına parkın ərazisində zeytunluq ərazisində və digər ərazilərdə ümumilikdə, 71039 kv.m asfalt örtüyü salınmışdır.
Ötən dövr ərzində yaşayış binalarının liftlərində cari təmir işləri aparılmış, 10 liftin böyük mühərriki əsaslı, 17 lift isə cari təmir edilmiş və 710 liftin maşın şöbəsi kənar əşyalardan təmizlənmişdir. Məlumat üçün bildirirəm ki, rayon ərazisində lifti olan 195 yaşayış binasından 118-ndə istismar müddəti başa çatmış yararsız vəziyyətdə olan 448 ədəd liftin əsaslı təmir edilməsinə ehtiyac vardır. Məsələ ilə əlaqədar aidiyyəti yuxarı dövlət qurumlarına məlumat verilmişdir.
9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 141 saylı körpələr evi-uşaq bağçasında Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir işlərinə başlanılmış və işlər artıq yekunlaşmaq üzrədir.
Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2019-cu ilin I rübü ərzində 6341 p/m yeni qaz xətti çəkilmiş, 10 ədəd yeni şkaf tipli qaz tənzimləyici məntəqə quraşdırılmış, 8731 dəfə qaz tənzimləyici şkaflar təftiş edilərək texniki baxış keçirilmiş, 5345 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılmışdır. Müxtəlif xarakterli 9794 çağırış və şikayətlərə baxılmış və görülmüş zəruri tədbirlər nəticəsində nöqsan və iradlar aradan qaldırılmışdır. Eyni zamanda istismara yararsız qaztənzimləyici şkafların yeni müasir tipli qaztənzimləyici məntəqələrlə əvəz olunması qaztənzimləyici stansiyaların ətrafının abadlaşdırılması, yerüstü magistral qaz xətlərinin boyanması və bəzi yerlərdə əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün yeni qaztənzimləyici məntəqələrin quraşdırılması və siyirtmələrin təftiş olunması işləri həyata keçirilmişdir.
Rayon üzrə əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində 2019-cu ilin I rübü ərzində bir sıra zəruri əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda ümumilikdə 227 p/m müxtəlif diametrli su xətti təmir edilərək dəyişdirilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 19 ədəd yeni siyirtmə quraşdırılmış, müxtəlif markalı 1 ədəd nasos təmir edilmiş, 3 ədəd müxtəlif markalı elektrik mühərriki təmir olunmuşdur. Hesabat dövrü ərzində əhalinin keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə müxtəlif ünvanlarda su xətlərində 1197 qəzanın, kanalizasiya şəbəkəsində 2127 qəzanın qarşısı alınmış, 193 p/m kanalizasiya xətti təmir olunaraq dəyişdirilmiş, həmçinin 7963 p/m müxtəlif diametrli kanalizasiya xətti xüsusi təyinatlı texnika ilə, 26780 p/m xətt isə mexaniki üsulla təmizlənmiş, 5 ədəd kanalizasiya baxış quyusu quraşdırılmışdır. Bundan başqa “Azərsu” ASC tərəfindən Binəqədi qəsəbəsi, 4 saylı ETK yolunda açıq kanalın örtülməsi, Binəqədi qəsəbəsi, III mədən 90, 100, 101 korpuslarına, I mədən, III mədən 104, 105 korpuslarına, Sulutəpə qəsəbəsi 4-cü mədən, Dəyirman yolu və ATS yolu küçələrinə su xətlərinin çəkilişinə başlanılmış və işlər davam etdirilir.
Rüb ərzində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində ümumilikdə 600 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş, 1000 metr istismara yararsız kabel xətti dəyişdirilərək yenisi ilə əvəz edilmiş, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 6 və 9 ünvannda, yeni yaşayış massivində, Dövlət Yol Polisinin alt hissəsində, Ordubadi küçəsində 5 ədəd transfarmotor məntəqəsi quraşdırılmış, 1 ədəd köhnə transfarmotor məntəqəsi yenisi ilə əvəz edilmişdir. 28 May qəsəbəsində 2 ədəd gücləndirici transfarmaror quraşdırılmış, 2 ədədin isə quraşdırılması üçün yer müəyyənləşdirilməkdədir. Ərazidə 3000 metr yüksək gərginlikli kabel xətləri çəkilmiş, 70 ədəd istismara yararsız dirəklərin yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur.
Dövr ərzində əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində müxtəlif diametrli 508 metr məhəllədaxili istilik xətti xətti dəyişdirilmiş, 4 ədəd siyirtmə cari və əsaslı təmir olunmuşdur. Yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində 2018-2019-cu illərin qış mövsümündə 449 yaşayış binası, 12 məktəb, 8 uşaq bağçası, 7 səhiyyə müəssisəsi, 4 büdcə təşkilatı, 150 digər təyinatlı binalar istiliklə təmin olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında beş il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulması, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi və görülmüş işlər barədə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır.
Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə “RELT HOUSE” MMC tikinti şirkəti seçilmiş və şirkətlə Rayon İcra Hakimiyyəti arasında müvafiq qaydada müqavilə bağlanmış və hal-hazırda 2-ci binanın tikintisi yekunlaşmışdır və 3-ci binada armaturlama və beton işləri başa çatdırılmış, arakəsmələr hörülmüş, pəncərələrin quraşdırılması başa çatdırılmaq üzrədir.
Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,5 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə “Dərnəgül” MTK tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır. Hazırda inşa edilən 7 yaşayış binasından 3-də tamamlama işləri aparılır. Digər 4 binada dəmir-beton işləri tam başa çatdırılmış və işlər davam etdirilməkdədir.
“İnam-İnşaat 555” MMC tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,5 ha torpaq sahəsində mövcud əmlak kompleksinin (İnam-İnşaat 555” MMC-nin təsisçilərinin ümumi yığıncağının Qərarı əsasında) sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində 1 ədəd 16 mərtəbəli “Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsinə dair” Rayon İcra Hakimiyyəti başçısının 12.08.2016-cı il tarixli 175 saylı Sərəncamı imzalanmışdır. . İnşa ediləcək binanın 2-ci mərtəbə səviyyəsində betonlama və qəlibləmə işləri aparılır.
M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 32 ünvanında “Turan+T.T” MTK tərəfindən 2 ədəd 18 və 1 ədəd 19 mərtəbəli yaşayış binasının tikintisi işlərinə başlanılmışdır. 4-cü mərtəbə səviyyəsində betonlama-qəlibləmə işləri yekunlaşmışdır.
8-ci mikrorayon, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında “MAHAL” MTK tərəfindən 1 ədəd 4 girişli 16 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi işlərinə başlanılmışdır. Hazırda binanın 1-ci və 2-ci girişlərdə 16-cı mərtəbə səviyyəsində betonlama-qəlibləmə işləri aparılır. 3 və 4-cü girişlərdə isə 8-ci mərtəbə səviyyəsində betonlama-qəlibləmə işləri aparılır.
Atatürk prospekti 64 ünvanında “ÜMİD-VQM” MMC tərəfindən 1 ədəd 1 girişli 16 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi işlərinə başlanılmış və hazırda 11-ci mərtəbə səviyyəsində betonlama-qəlibləmə işləri aparılır.
Bildiyimiz kimi Cənab Prezidentin ən mühüm tapşırıqlarından biri məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılmasıdır.
Bu tapşırığa uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.
1-ci rüb ərzində Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 9, o, cümlədən 8 səyyar görüşü və 1 “Açıq qapı” vətəndaş forumu çərçivəsində səyyar qəbulu keçirilmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 1046 nəfər vətəndaş iştirak etmiş, 81 məsələ qaldırılmışdır.
Məlumat üçün bildirirəm ki, bu günə olan məlumata əsasən, vətəndaşlar tərəfindən qaldırılan 81 məsələnin 27-i yerində həll edilmiş, 47 məsələ Tədbirlər Planına daxil edilmiş, 8 məsələ ilə əlaqədar müvafiq izahat verilmiş, 4 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı instansiyaya müraciət olunmuş, 22 məsələ isə hal-hazırda icraatdadır.
Rüb ərzində vətəndaşlardan ümumilikdə 860 müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 116 vahid azdır. Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 678-i ərizə və 182 şikayət olmuşdur.
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatına 2019-ci ilin 1-ci rübü ərzində daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki, müraciətlərin əsasən 22,7%-i şəhərsalma və tikinti məsələləri, 25%-i mənzil məsələləri, 13,4%-i şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar, 7,6%-i əhalinin sosial müdafiəsi məsələləri, 6,9%-i torpaq məsələləri, 2,4%-i qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 22%-i digər mövzular ilə əlaqədar olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 621 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 52 vətəndaş qəbul edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2019-cu il üçün təsdiq edilmiş İş planına uyğun olaraq, rüb ərzində 6 Şura iclası keçirilmiş və 12 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
İctimai-siyasi
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 yanvar 2018-ci il tarixində 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə rayon rəhbərliyinin, , Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gənclər Fondunun və rayon ictimayyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
“ASAN könüllüləri”nin növbəti qrupları Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlamışdır. 21 fevral tarixində “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 16-cı qrupun üzvləri ilə görüş keçirilmişdir.
6 mart 2019-cu il tarixində Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 26-cı ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir;
14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir;
19 mart tarixində “Nəsimi ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə tədbir, 21 mart tarixində isə Binəqədi rayonu Zərifə Əliyeva adına istirahət parkında Novruz Bayramı münasibətilə tədbir keçirilmişdir.
11 yanvar 2019-cu il tarixində Binəqədi rayonu 179 №-li tam orta məktəbdə aprel şəhidi, məktəbin məzunu aprel döyüşlərində həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin və 179 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Yanvarın 19-da Rayon ictimaiyyətinin iştirakı ilə Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Fevral ayının 21-də Binəqədi rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı"nın 27-ci ildönümünə həsr edilmiş tədbir. Həmçinin Xocalı şəhərindən olan sakinlərlə görüş keçirilmiş və 140 aztəminatlı və şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması paylanılmışdır.
Binəqədi Rayonunun ictimaiyyəti tərəfindən fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu ilin fevralın 15-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Bütün səhiyyə ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmış və fevral-mart ayları ərzində rayon əhalisindən 63062 nəfəri tibbi müayinədən keçmişdir.
Bildiyiniz kimi 2019-cu il aprel ayının 6-da ölkəmiz üçün sevindirici bir hal yaşandı. Belə ki, dünyada sayı milyonlarla ölçülən millətimizin yeganə müstəqil dövləti olan Azərbaycanda sayımız 10 milyona çatdı. Bu münasibətlə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində Rayon gənclərinin iştirakı ilə fləşmob təşkil edilib. Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində “Biz 10 milyonluq ölkəyik” adlı ağacəkmə aksiyası və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti keçirilmiş və konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.
Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 56-dan artıq tədbir keçirilmişdir. Belə ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 9, Gənclər və İdman sahəsində 18, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 29 tədbir keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidmətinə hesabat dövrü ərzində daxil olan zənglər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı-6321, birbaşa cavablandırılmış zənglərin sayı – 4868, yaradılmış əks əlaqələrin sayı–1753, tərtib edilmiş şikayət vərəqələrinin sayı –1453 olmuşdur.
İcrası təmin edilmiş şikayət xarakterli 1453 müraciətin, 1222-i və ya 84,1 %-i tam həll olunmuş, 129 -u və ya 8,9 %-i qismən həll edilmiş, 102 –ə və ya 7 %-inə müvafiq izahat verilmişdir.
Daxil olmuş şikayətlərin 500-ü və ya 34,4 %-i qaz təchizatı, 382-i və ya 26,3 %-i su-kanalizasiya, 116-ı və ya 8 %-i istilik təchizatı, 180-i və ya 12,4 %-i lift problemləri, 122-i və ya 8,4 %-i elektrik təchizatı, 153-ü və ya 10,5 %-i sakinləri narahat edən digər məsələlər , xidmətə daxil olan təşəkkürlərin sayı isə 45 olmuşdur.
Yuxarıda göstərilənlərlə yanaşı rayon ərazisində aşağıdakı qaydada hal-hazırkı dövrə bir sıra zəruri problemlər və görüləcək işlər mövcuddur:
Problemlər!!
- Rayonun Biləcəri, Binəqədi, Rəsulzadə, Xocəsən və 28 May qəsəbələrində qəsəbədaxili yolların asfaltlandırılması və işıqlandırılması prosesinin davam etdirilməsi;
-Xocəsən qəsəbəsi, IV mədən yolunun yuxarı hissəsində və Çiçək yaşayış massivində su təhcizatının yaxşılaşdırılması;
-Binəqədi qəsəbəsi, I, II, III mədən, korpus 10, 25, 40, 42, 87, 100, 108, 4 saylı ETK-nın yaxınlığında və Gülüstan küçəsində yeni su və kanalizasiya xətlərinin çəkilməsi;
-M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsində kanalizasiya xəttinin çəkilişi;
- Rayonun Xocəsən və Sulutəpə qəsəbələrində 1400 yerlik 1 məktəbin və 280 yerlik 1 uşaq baxçasının tikintisi.
Nazirlər Kabinetində keçirilmiş iclasda cənab Prezident, regionların, qəsəbələrin inkişafına dair Dövlət Proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının və yeni “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının vacibliyini xüsusilə qeyd etmişdir. Möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xəttlərinin çəkilişinin, kənd təsərrüfatının inkişafı, Qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayələrin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır. Həmçinin cənab Prezident, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi, sənaye istehsalının inkişafı, məşğulluğun artırılması, vergi, gömrük və sosial sahədə islahatların aparılması və özəl sektorun dəstəklənməsi istiqamətində işlərin gücləndirilməsi ilə əlaqədar müvafiq tövsiyələrini vermişdir.
Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirilməsini qarşımıza məqsəd qoyuruq.